Qulamova Nairə Kamal qızı
Baş müəllim
Doğum yeri və tarixi: Azərbaycan, Bakı. 1976-cı il.
Təhsil: 1983-94-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbi, 1994-98-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası.
Pedaqoji fəaliyyəti: 1998-2003-cü illərdə 7 saylı uşaq musiqi məktəbində müəllim, 2003-cü ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim vəzifəsində, hal-hazırda baş müəllim vəzifəsində çalışır.
Elmi fəaliyyəti: N.Qulamova pedaqoji sahədən əlavə ölkənin musiqi həyatının əhəmiyyətli hadisələrini dövrü mətbuatda işıqlandıran müəllimlərdəndir. Onun XIX və XX əsrlərdə Bakının musiqi həyatını işqılandıran bir sıra məqalələri çap olunub.