• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Məmmədova Elnarə Litvin qızı

    Kafedra müdiri, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi:   Azərbaycan, Bakı şəh., 1967-ci il.

    Təhsil:   1990-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakultəsini bitirmişdir (Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, professor E.Nəzirovanın sinfi).

    Pedaqoji fəaliyyəti:   Elə həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəb-studiyada müəllim vəzifəsində işləməyə başlamış, 1993-cü ildən metodika və xüsusi pedaqoji hazırlıq kafedrasında əvəzçi, 1994-cü ildə isə bu kafedrada müəllim vəzifəsində çalışır. 

    2000-ci ildən kafedrada baş müəllim, 2010-cu ildən isə dosent vəzifəsində işləyir.

    Elmi fəaliyyəti:

    2011-ci ildə «Прелюдии азербайджанских композиторов в контексте эволюции жанра» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

    E.L.Abasova bir sıra maraqlı və lazımlı metodik işlər «Bethovenin fortepiano sonataları» VIII – VX, «Şopenin fortepiano yaradıcılığı» və b. müəllifidir. «Fikrət Əmirovun fortepiano prelüdiyaların stilistik xüsusiyyətləri» (İncəsənət və mədəniyyət problemləri) Bakı 2009, «Qara Qarayevin fortepiano prelüdiyaların bədii təzahür əksinin sferası» (İncəsənət və mədəniyyət problemləri. Bakı, 2009) kimi lazımlı və faydalı metodik işləri çap olunmuşdur.