• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


     Abdullayeva Xəyalə Fəxrəddin qızı

    Müəllim

     Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 1982.

    Təhsili: 2000-ci ildə skripka ixtisası üzrə Bakı Musiqi Akademiyasının İfaçılıq fakultəsinə daxil olub. Zəhra Qarayevanın sinfində təhsil alıb. 2004-cü ildə BMA-nı bakalavr dərəcəsi üzrə, 2006-cı ildə isə magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirib.

    Pedaqoji fəaliyyəti: 2004-cü ildən BMA-da Kamera ansamblı kafedrasında konsertmeyster vəzifəsində çalışmağa başlayıb. 2013-cü ildən Kamera ansamblı kafedrasında müəllim vəzifəsində çalışır.

    İfaçılıq fəaliyyəti: İtaliya, Fransa, Almaniya, Belçika və Yunanıstanda qastrol səfərlərində konsert proqramları ilə çıxış edib. 2016-cı ilin oktyabr ayında "Neue Philharmonie München" simfonik orkestri ilə Almaniyanın Münxen şəhərində keçirilən konsertdə iştirak etmişdir.