İsgəndərova Ofelya
9 iyun 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2007-2011-ci illərdə Milli Konservatoriyanın nəzdində olan Musiqi Kollecində “Fortepiano” ixtisası üzrə təhsil almışdır. 2012-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano” ixtisasına daxil olur. Sonra Niyazi adına Uşaq İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyətə başlayır. 2017-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Etnomusiqişünaslıq” ixtisası üzrə magistr pilləsinə qəbul olur və təhsilini fərqlənmə diplomu ilə başa vurur. Dissertasiya mövzusu: “Tariyel Məmmədovun tədqiqatlarında aşıq musiqisi” olmuşdur. Təhsil aldığı illərdə bir neçə konfrans və müsabiqədə iştirak edərək, Fəxri Fərmanla təltif olunmuş, məqalələri və tanınmış musiqiçilərdən aldığı müsahibələri dövrü-mətbuatda, müxtəlif qəzet və jurnallarda dərc olunmuşdur. Azərbaycan Dövlət Televiziyası ilə Sivas Türk Cümhuriyyətinin birgə təşkil etdiyi və musiqi jurnalistikası ilə bağlı bir çox layihələrdə iştirak edərək, sertifikatlar almışdır. 2020-cu ildən etibarən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Mətbuat” şöbəsində mütəxəssis vəzifəsində çalışır.
Tel. (99412) 493 37 81
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.