• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Salmanlı Nərgiz Qədir qızı 

    Baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri:   Azərbaycan, Sumqayıt şəh.

    Təhsili:   1988-ci il 31 saylı orta məktəbinə, 1989-cu ildə isə Bülbül adına 2 saylı incəsənət məktəbinə daxil olmuşdur.

    1996–cı ildə Soltan Hacıbəyov adına musiqi texnikumuna daxil olmuşdur.

    2000-ci ildə fərqlənmə diplomu ilə bitirib, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına piano ifaçılıq ixtisası fakültəsinə qəbul olmuşdur.

    2004-cü ildə bakalavr, 2006-cı ildə isə magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişdir. Burada, musiqi təhsilini peşəkar müəllim, Professor Elmira Əliyevanın sinfində almışdır.

    2007-ci ildən prof. Elmira Abasovanın rəhbərliyi altında doktorant fəaliyyətinə başlamış və sonradan elmi tədqiqatını prof. Tərlan Seyidovla davam etdirmişdir.

    2016 ildə iyunun 14–ü Bakı Musiqi Akademiyasında “Fikrət Əmirovun kamera-instrumental əsərlərinin janr-üslub xüsusiyyətləri” adlı dissertasiyası ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi adı üzrə mudafiəsi keçirilmişdir.


    Pedaqoji fəaliyyəti:    2005-ci ildən Bakı Musiqi Akademiyasının “Simli Alətlər” kafedrasında konsertmeyster vəzifəsində işləyir. 2011–ci ildən isə “İxtisas fortepiano” kafedrasına müəllim vəzifəsinə işə qəbul olunub.

    Elmi və ifaçılıq fəaliyyəti:   Xavər Rəhimovanın, professor Nəzmiyyə Abbaszadənin, professor Zəhra Quliyevanın sinif konsertlərində müvəffəqiyyətlə konsertmeyster fəaliyyətini yerinə yetirir.

    1996-cı ildə Sumqayıt şəhəri məktəblər arası müsabiqənin I yeri ilə təltif olunmuşdur,  2002-ci ildə Bakı Musiqi Akademiyasında keçirilən “Karl Çerninin etüdlərı” adlı musabiqəsində isə II yerə layiq görülmüşdür. Bir sıra məqalələrin müəllifidir və gənc tədqiqatçıların elmi konfranslarında çıxış etmişdir.