Axundova Yeganə Əsgər qızı
Professor, Xalq artisti, prorektor
Doğum yeri: Azərbaycan, Bakı şəh.
Təhsili: Bülbül adına Orta İxtisas Musiqi Məktəbi
Fortepiano ixtisası üzrə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (hazırki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası)
Pedaqoji fəaliyyəti: 1985-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışır. Hal-hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə" prorektoru və «İxtisas fortepiano» kafedrasının professorudur.
Elmi və ifaçılıq fəaliyyəti: Müasir ifaçılıq məktəbinin tanınmış nümayəndəsi Yeganə Axundova həm klassik, həm də müasir musiqinin mahir təfsirçisidir O, Fransa, ABŞ, Kanada, Rusiya, Norveç, Türkiyə, İspaniya, Macarıstan, Böyük Britaniya və başqa ölkələrin məşhur konsert salonlarında, həmçinin, H.Əliyev adına sarayda, Azərbaycan Dövlət Filarmoniyasında, Kappelhausda, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının səhnəsində məşhur dirijorların rəhbərliyi ilə, müxtəlif simfonik orkestlərlə birgə konsert proqramları ilə çıxış etmişdir.
Bir sıra mahnıların, fortepiano prelüdlərinin, Sonatinanın, 2 fortepiano üçün «Aşıqsayağı» konsert pyesinin, fortepiano üçün «Mi Parti», Ümummilli lider H.Əliyevin xatirəsinə həsr olunmuş «İthaf» və «Mea Memoria» kompozisiyalarının müəllifidir. Eyni zamanda Xəzər Universitetində «Azərbaycan klassik musiqisi və dünya musiqi mədəniyyəti» kursunu tədris edir.
Eyni zamanda Y.Axundova S.Raxmaninovun fortepiano və simfonik orkestr üçün “Paqanini mövzusuna Rapsodiya”sının təfsir xüsusiyyətlərinə dair metodik tövsiyyələr, Исполнительский анализ 13 прелюдий С.В.Рахманинова (or.32), "Методические рекомендации для студентов фортепианного факультета БМА" dərs vəsaitlərinin müəllifidir. 2007-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına, 2012-ci ildə isə “Azərbaycanın Xalq artisti “ fəxri adına layiq görülmüşdür.
2007-ci ildə Humay Milli Akademiyasının «Humay» Milli mükafatına, Niaqara Beynəlxalq Musiqi Festivalının «Niaqaranın qızıl ilham pərisi» fəxri mükafatına, Yusif Məmmədəliyev adına medala layiq görülmüşdür. 2010-cu ildə Yunanıstanda Avropa Amerika Qadınlar Konserni (EAWC) tərəfindən “İlin nəaliyyətlər qadını” Beynəlxalq mükafatı almışdır.