• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


     Əsədullayev Murtuza oğlu Arif

    Professor-məsləhətçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi: Arif Murtuza oğlu Əsədullayev 1949-cu ilin yanvarın 17 Bakının Buzovna qəsəbəsində anadan olmuşdur.

    Təhsili. A.Əsədullayev 1966-1970-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbini kamança sinfi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. O, 1970-1974-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “Xalq musiqisi” kafedrasında  kamança sinfində təhsil almışdır. A.Əsədullayev 1963-1969-cu illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əhsən Dadaşovun rəhbərlik etdiyi x.ç.a. ansamblında solist kimi fəaliyyət göstərmişdir. A.Əsədullayev Fransa, Avstriya, Rusiyada təşkil olunan beynəlxalq folklor festivallarının iştirakçısı və diplomantı olmuşdur. 

    Pedaqoji fəaliyyəti. A.Əsədullayev 1967-ci ildən pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1990-ci ildən bugünə kimi Ü.Hacıbəyli adına BMA-nın “Azərbaycan ənənəvi musiqisi və müasir  texnoloqiyalar” kafedrasında (müəllim, baş müəllim, dosent) professor vəzifəsində çalışır.

    Elmi fəaliyyəti. Peşəkar ifaçı və təcrübəli pedaqoq  A.Əsədullayev bir neçə dərs vəsaiti, monoqrafiya, metodik tövsiyə, tədris proqramı, elmi-publisistik məqalələrin müəllifidir:

    1. Balaban sinfi üçün ixtisas – not, ixtisas muğam proqramı (orta ixtisas mus. məktəbləri üçün (1983).
    2. Qanun sinfi üçün ixtisas not və ixtisas muğam proqramı (1983).
    3. Nağara sinfi üçün ixtisas not proqramı. (Orta ixtisas mus. məktəbləri üçün. (Bakı – 1984).
    4. Ali məktəblər üçün muğam proqramı (bəstəkar və musiqişünaslar üçün (1995).
    5. Hümayun instrumental muğam dəstgahı (metodik tövsiyə Bakı – 2002).
    6. Bayatı Şiraz və Humayun instrumental muğam dəstgahı (tədris vəsaiti), Bakı – 2003. 7. Rast və Çahargah instrumental muğamlar (dərs vəsaiti). Bakı – 2005.
    7. Şur. Şüştər və Zəbul segah instrumental muğamlar (dərs vəsaiti). Bakı – 2006.
    8. Əhsən Dadaşovun rəngləri (metodik tövsiyə). Bakı – 2011.
    9. Xarici ölkə bəstəkarlarının kamança ilə f-no üçün işlənmiş iri həcimli əsərləri (dərs vəsaiti). Bakı – 2011. İnstrumental muğamlar (məcmuə). Bakı – 2009.
    10. 7 Klassik Azərbaycan muğamı (solo violonçel üçün işləmə). Dərs vəsaiti. A.Əsədullayev, E.İskəndərov, Ü.Hacıbəyli adına BMA-nın 90 illik yubileyinə ithaf olunur. Bakı – 2011.
    11. 7 MUĞAMURİ CLASSİCE AZERE prelukrate pentru VİOLONCEL solo. Arif Əsədullayev, Eldar İskəndərov.Chisinau – 2014.
    12. İnstrumental muğamlar və onların ifaçılıq məziyyətləri (monoqrafiya). Bakı – 2014. 14. Azərbaycan klassik 12 instrumental muğamı. Ü.Hacıbəyli adına BMA-nın 100 illiyinə, Azərbaycan Dövlət ərazi bütövlüyü uğrunda döyüşən və şəhid olanların əbədi xatirəsinə ithaf edilmişdir. Bakı – 2020.

    A.Əsədullayev 2007-ci ildə “İnstrumental muğamlar və onun ifaçılıq məziyyətləri” adlı dissertasiya işini müdafiə etmiş və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. A.Əsədullayev Azərbaycan Respublikasının AAK-nın qərarı ilə 2006-ci ildə dosent, 2012-ci ildə isə professor elmi adına layiq  görülmüşdür. Yüksək elmi savada malik olan  A.Əsədullayev 2012-ci ildən Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasında baş elmi işçi  vəzifəsində çalışır.

    Arif Əsədullayev 2011-ci ildə əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

    Nəşrlər