Əsədova –Ələkbərova Aysel
Müəllim
Doğum tarixi: 01.07.1992, Baki şəhəri
1998-ci -2009-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb.
2010-2014-cu illərdə Azərbaycan Respublikası Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Dirijorluq kafedrasında bakalavr pilləsini fərqlənmə ilə bitirib.
2014-2016 –ci illərdə Türkiyə Cumhuriyyəti Mimar Sinan Güzel Sanatlar Üniversitesi Devlet Konservatuarını yüksək nəticə ilə bitirib.
2018-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası doktorantura pilləsində təhsil alır.
2008 -ci ildə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Təqaüdünə layıq görülüb.
2014-2016-cı illərdə Türkiyə Cumhuriyyəti Dövlət Təqaüdünə layıq görülüb.
2018 və 2019-cu ildə “Caspi Art” Beynəlxalq Müsabiqədə II yerə yalıq görülüb (Xormeyster və Dirijor nominasiyalarında)
2018-ci ildən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Xor-Dirijorluğu” kafedrası laborant, və müəllim vəzifəsində çalışır.İxtisas, Xor sinfi, Dirijorluğun tədris metodikası, Məktəb mahnı repertuarı fənnlərini tədris edir.
2008-ci ildə : Azərbaycan Respublikasının Vitse-Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Goodwill Angels of Azerbaijan” adlı konsert program ilə Fransanın Paris şəhərində Unesco səhnəsində, Strasburgda Avropa Şurasında , Luksemburg və Belçikada Azərbaycan Dövlət Uşaq
Simfonik Orkestri və Uşaq Xor kapellası ilə birgə silsilə konsert tədbirləri ilə uğurla çıxış edib (17- 27 may 2008)
Azərbaycanın bir çox konsert salonlarında dövlət tədbirləri və konsert programlarında çıxış edib (2006- 2017)
2022-ci il “Şuşa İli” əlaqədar olaraq Kürdəmir Regional Mədəniyyət İdarəsi tərəfindən keçirilən “Regional Xor Müsabiqəsində” münsiflər heyətinin üzvi
2016-ci ildən bir sıra elmi məqalələr, konfrans materialları, tədris proqramları və kitab müəllifidir.
2018-ci ildən Beynəlxalq Konfranslarda uğurla çıxış edib.