• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Xəlilova Aynur Xəlil qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri, 16.02.1977.

    Təhsil: Bülbül adına orta ixtisas musiqi məktəbi (1983-1994), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano” ixtisası (1994-1998), magistratura (1998-2000); fərqlənmə diplomu.

    Pedaqoji fəaliyyəti: “Nəfəs və zərb alətləri” kafedrasında konsertmeyster (2000), “Konsertmeyster ustalığı” kafedrasında müəllim (2006), “Ümumi fortepiano ” kafedrasında baş müəllim (2010), sənətşünaslıq üzrə fəlsəfə doktoru (2012), dosent (2016).

    Elmi fəaliyyəti: 2011-ci ildə “Azərbaycan fortepiano ifaçılığında bədii və texniki komponentlərin təzahür xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Dərs vəsaiti, metodik tövsiyyələr, metodik vəsait, tədris proqramları, yerli və xarici mətbuatda çap olunmuş çoxsaylı məqalələrin müəllifidir. “Azərbaycan fortepiano ifaçılığı məktəbinin ənənə və inkişaf təmayülləri” adlı dərs vəsaitini xüsusi qeyd etmək lazımdır.