Mustafayeva Yeganə Murquz qızı
Dosent
Doğum yeri və tarixi: Azərbaycan, Gəncə şəh, 9.10.1959.
Təhsil: Gəncə Musiqi Texnikumu fərqlənmə diplomu ilə (1874-1978), Üz.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası “Fortepiano” ixtisası (1978-1983).
Pedaqoji fəaliyyəti: 2010 ildə “Fortepianoda ahəngdar ifa vərdişlərinin formalaşdırılması” mövzusunda Üz.Hacıbəyli adına BMA-da dissertasiya müdafiə edib. Pedaqogika üzrə fəlsəfə elmləri doktorudur. Bakı Musiqi Akademiyasında “Solo oxuma” kafedrasında konsertmeyster (1994-2013), “Ümumi fortepiano” kafedrsında baş müəllim (2013)
1. Fortepianoda vokal intonasiya olunma. /Pedaqoq-pianoçular, ali və orta təhsil ocaqlarının tələbələri və musiqi məktəblərinin şagirdləri üçün metodiki tövsiyələr. Bakı: RAF, 2008, 36 səh.
2. Polifonik əsərlərin öyrənilməsi. /Pedaqoq-pianoçular, ali və orta təhsil ocaqlarının tələbələri və musiqi məktəblərinin şagirdləri üçün metodiki tövsiyələr.BMA – 2015.
3. Üzdən oxu fəaliyyətində problemlərin araşdırılması. /Pedaqoq-pianoçular, ali və orta təhsil ocaqlarının tələbələri və musiqi məktəblərinin şagirdləri üçün metodiki tövsiyələr. BMA – 2016.
Elmi fəaliyyəti: Bir çox dərs və metodik vəsaitlərin, metodik tövsiyyələrin, elmi məqalələrin müəllifi, həmçinin bir sıra elmi konfransların iştirakçısıdır.