• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Musayeva Elmira Danil qızı

    Professor,  Əməkdar müəllimi 

    Doğum yeri və tarixi: Azərbaycan,Bakı şəh, 26.04 1946

    Təhsil: Ü.Hacıbəyli adına Азərbaycan Konservatoriyasının "Fortepiano" ixtisası (1964-1969).

    Pedaqoji fəaliyyəti: ADK-nın “Simli” və “Vокал” kafedraslarında kohsertmeyster (1969-1984),«Ümumi fortepiano» kafedrasında müəllim (1985), baş müəllim (1991), dosent (2007), Azərbaycan Respublikasının Əməkdar müəllimi (2008), professor (2011).

    Elmi fəaliyyəti: Bir çox dərs və metodik vəsaitlərin, məqalələrin müəllifidir. P.Bülbüloğlunun “Любовь и смерть” или «Со смертью танцующая любовь» baletinin iki fortepiano üçün işləməsini xüsusi qeyd etmək lazımdır.