Məmmədova Leyla Bağır qızı
Professor, Əməkdar müəllim
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh, 20.09.1949
Təhsil: Bülbül adına orta ixtisas musiqi məktəbi (1958-1968), Üz. Hacıbəyov adına BMA-nın “Fortepiano ixtisası” (1968-1973).
Pedaqoji fəaliyyəti: Ali musiqi təhsilini aldığımdan sonra Konservatoriyanın xalq çalğı alətləri və solo oxuma kafedrasında konsertmeyster vəzifəsində çalışmışdır.
Moskvada keçirilən xalq çalğı alətləri üzrə Ümumittifaq müsabiqədə konsertmeyster kimi iştirak etmişəm və müşayiət etdiyim tarzən Ramiz Quliyev laureat adına layiq görülmüşdür (1974). Bakı şəhərində Üzeyir Hacıbəyov adına 1-ci respublikalar arası xalq çalğı alətlərində ifaçı musiqiçilər müsabiqəsi keçirilmişdir. Bu müsabiqədə müşayiət etdiyi tarzən Mənsurov Malik 1-ci yer laureat adına layiq görülmüşdür, L.Məmmədova isə diplom ilə təltif olunmuşdur (1986).
“Ümumi fortepiano” kafedrasında müəllim (1991), baş müəllim (1994), dosent (2010), Əməkdar müəllim (2011), professor (2014).
Elmi fəaliyyəti: 9 metodik vəsait, 13 dərs vəsaiti, 10 məqalə, Ümumi fortepiano kafedrasının hazırlıq bölməsinin solo oxuma, nəfəs və xarici tələbələri üçün proqramın müəllifidir.