• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Maılova Adilə Hüseyin qızı

    Dosent

    Doğum yeri və tarixi: Azərbaycan,Bakı şəh, 27.09.1951

    Təhsil: Bülbül adına orta ixtisas musiqi məktəbi (1958-1969) fərqlənmə diplomu ilə, Üz. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “Fortepiano”ixtisası (1969-1974) fərqlənmə diplomu ilə,N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının aspiranturası ( 1978-1981) fərqlənmə diplomu ilə.

    Pedaqoji fəaliyyəti: Aspiranturanı bitirdikdən sonra A.Maılova solist, ansambl ifaçısı və konsertmeyster kimi fəaliyyətə başlayıb ( 1981). Üz. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında konsertmeystr (1974-1980). Azərbaycan Dövlət Konservatoriyasının “Ümumi fortepiano” kafedrasında müəllim (1981). Eyni zamanda “İxtisas fortepiano” kafedrasında işləyib. Baş müəllim (1985), dosent vəzifəsində işləyib (1995). Misir Ərəb Çumhuriyyətində Qahirə İnçəsənət Akademiyasında işləmişdir (1997-2012).
    A.Maılova- Musiqi ifaçıların V Zaqafqaziya müsabiqəsi ifaçı kimi (1977), Ü.Hacıbəyovun 100 illiyinə həsr olunmuş VIII Zaqafqaziya müsabiqəsinin fəxri Diplomantı konsertmeystr kimi (1985).
    Elmlər Akademiyasının nəzdindəki Memarliq və İnçəsənət İnstitutunun dissertantı olmuşdur.(2000-2005) AAK-nın qərarı ilə sənətşünaslıq namizədi elmi dərəcəsinə layiq görülüb (2005).

    Elmi fəaliyyəti:

    Анализ к «Сборнику фортепианных ансамблей азербайджанских композиторов. 1 часть». Metodik məsləhətlər. Bakı 1994 il, 140 s.

    «Некоторые вопросы специфики занятий со студентами дирижёрско-хоровых отделений в классе общего фортепиано». Tezis. Elmi-metodik konfransın materialı. Bakı 1994 il, 2 s.

    Анализ к «Сборнику фортепианных ансамблей азербайджанских композиторов. 2 часть». Metodik məsləhətlər. Bakı 1995 il, 62 s.

    Анализ к «Сборнику фортепианных ансамблей азербайджанских композиторов. 3 часть». Metodik məsləhətlər. Bakı 1996 il, 107 s.

    “Q. Qarayevin “Çılğın qasqoniyalı” müziklin fortepiano üçün işləməsi”. Tezis. Azərbaycanının görkəmli bəstəkarı Q. Qarayevin 75 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans. Bakı 1996 il, 2 s.

    Azərbaycan bəstəkarlarının fortepiano ansambllarının toplusu (I hissə). Dərs vəsaiti. Bakı 1997 il, 125 s. Həmmüəlliflər: İ.Q. Plyam, Q.Ə. Rzayeva

    Azərbaycan bəstəkarlarının fortepiano ansambllarının toplusu (II hissə)

    Dərs vəsaiti. Bakı 1997 il, 122 s. Həmmüəlliflər: İ.Q. Plyam, Q.Ə. Rzayeva

    «К истории становления в Азербайджане музыкального исполнительства». Məqalə “Ekologiya, fəlsəfə, mədəniyyət” (22-ci buraxılış), Bakı, “Elm”, 1999 il, s. 156-161

    «К истории становления в Азербайджане музыкального исполнительства». Məqalə “Ekologiya, fəlsəfə, mədəniyyət” (23-ci buraxılış), Bakı, “Elm”, 1999 il, s. 163-171

    «Становление и развитие музыкально-исполнительского творчества К.К. Сафар-Алиева». Monoqrafiya. Bakı, “Adiloğlu”, 2003 il, 460 s.

    “Musiqi tariximizin öyrənilməmiş səhifələri – Kovkəb Kamilbəy qızı Səfərəliyeva”. Məqalə. “Musiqi dünyası” jurnalı, Bakı 2004 il, №1-2/19, s. 137-139

    Творческое становление и развитие в Азербайджане музыкального исполнительства в лице Кокеб ханым Сафаралиевой. Məqalə. Azərbaycan milli musiqisinin tədqiqi problemləri. Elmi məqalələr toplusu. Bakı, 2004-cü il, s. 115-119

    Творческая и педагогическая деятельность Г.Г. Шароева. Metodik tövsiyə. Bakı, “İlay”, 2008 il, 20 s.

    Səfər-Əliyeva K.K. – «Основатель среднего специального музыкального образования в Азербайджане». Metodik tövsiyə. Bakı, “İlay”, 2008 il, 20 s.

    Nərgiz Əliyərova – “Vladimir Sezareviç Anşeleyeviç – musiqiçi və müəllim” kitabında məqalə “Ariadna silsiləsi. Yüksələn yol”. Məqalə. Bakı 2012 il, s. 104-111

    “Ümumi fortepiano”, bakalavr pilləsində təhsil alan tələbələr üçün “Proqram”. Bakı 2016 il, 20 s. Həmmüəlliflər: Minirə Dilbazi

    «Музыкально-исполнительский анализ «9 вариаций» для фортепиано Эртогрола Джавида, посвящённые Узеиру Гаджибейли». Dərs vəsaiti. Bakı, “Elm və təhsil” 2016 il, 124 s.