• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Əliyeva Dilşad Hacı qızı

    Dosent

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri, 29.01.1961.

    Təhsil: A. Zeynallı adına Bakı musiqi “fortepiano”şöbəsi (1976-1980), Ü.Hacıbəyli adına ADK- nın „Fortepiano“ ıxtisası. (1980-1985).

    Pedaqoji fəaliyyəti: BMA-ın „Xalq çalğı alətləri“kafedrasında konsertmeyster (1993), „Ümumi fortepiano“ kafedrasında müəllim (2001),baş müəllim (2005), dosent (2014)

    Elmi fəaliyyəti: E.Dadaşova və İ.Zeynalovun yeni yazılmış əsərlərinin ifaçılıq təhlilini aparmışdır.
    Dərs və metodik vəsaıtlərin, proqram və məqalələrin, metodik tövsiyyələrin müəllifidir. Bir sıra Respublika elmi- praktiki konfransların iştirakçısı olmuşdur.

    1. Elnarə Dadaşovanin “6 prelüd” silsiləsinə ifaçılıq təhlili ( metodik göstərişlər) Bakı 2009

    2. İdris Zeynalovun fortepiano üçün “12 prelüd” silsiləsinə ifaçılıq təhlili ( metodik tövsiyələr) Bakı 2009

    3. К вопросу претворения национальных истоков в Третьем Фортепианным Концерте В. Адыгезалова. Методическое пособие. Баку 2010

    4. Azər Dadaşovun Fortepiano Miniatürlərinin ifaçılıq təhlili ( metodik vəsait) Bakı 2010

    5. Bakalavr pilləsi üçün “ Ümumi fortepiano” fənni üzrə Program “ Solo oxuma” ixtisası üzrə təhsil alan tələbələr üçün. Bakı 2011

    6. Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyinə, Bakı Musiqi Akademiyasının 90 illik yubileyinə həsr olunmuş “ Respublika elmi-praktik konfransı” 31 may - 2 iyun 2011 Mövzu: Традиции У. Гаджыбейли в творчестве Васифа Адыгезалова

    7. Müasir təhsil sistemində tələbənin müstəqil iş prinsipləri ( Dərs vəsaiti) “Ümumi fortepiano” fənni üzrə qiyabi təhsil alan tələbələr üçün Bakı 2014

    8. Bakalavr pilləsi üçün “Ümumi fortepiano” fənni üzrə program. Arkesr alətləri (simli, nəfəs və zərb alətləri) ixtisası üzrə əyani və qiyabi təhsil alan tələbələr üçün. Bakı 2016

    KONSERTLƏR

    1. Rəşid Behbudov adına 2 saylı musiqi məktəbi. Fortepiano dueti konserti. İfaçılar: Musayeva E. prof. Əliyeva D. dos. Proqram: V.A.Modsart, V.Azaraşvili, A.Piazolla. 02.11.2016 Bakı

    2. Rəşid Behbudov adına 2 saylı musiqi məktəbi. Fortepiano dueti konserti. İfaçılar: Musayeva E. prof. Əliyeva D. dos. Proqram: P.Çaykovski, F.Əmirov. 25.05.2017 Bakı

    3. Rəşid Behbudov adına 2 saylı musiqi məktəbi. Fortepiano dueti konserti. İfaçılar: Musayeva E. prof. Əliyeva D. dos. Proqram: V.A.Modsart, L.V.Betxoven. 24.11.2018 Bakı

    4. Rəşid Behbudov adına 2 saylı musiqi məktəbi. Fortepiano dueti konserti. İfaçılar: Musayeva E. prof. Əliyeva D. dos. Proqram: P.Bülbüloğlu “Eşq və ölüm” baletindən parçalar. 10.01.2019 Bakı

    9. VII Uluslararası Müzik ve Dans Kongresi 28-30 May 2021. Mövzu: Cavanşir Quliyevin fortepiano əsərləri.

    10. “Eternity” (Əbədilik) musiqi albomuna daxil edilmiş, Nizami Gəncəvinin sözlərinə bəstələnmiş, “Səni görön güllər” romansı. Bakı 2021