• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Aşumova Afaq Fazil qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarix: Rusiya, Moskva şəh., 03.07.1980.

    Təhsil: 1993-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olmuş və 1998-ci ildə bitirmişdir, və həmin il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakultəsinə daxil olmuşdur. 2004-cü ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano və orqan sinfinin bakalavr və maqistratura pillələrini, 2007-ci ildə fortepiano ixtisası üzrə assistent-stajorluğu bitirmişdir.

    Pedaqoji fəaliyyəti: 2002-2013-cü illərdə BMA-nın «Nəfəs və zərb alətləri» kafedrasında konsertmeyster vəzifəsində çalışmışdır. 2004-cü ildən «Konsertmeyster ustalığı» kafedrasının müəllimi, 2013-cü ildən «Orqan və klavesin» kafedrasının baş müəllimi olmuşdur. 2014-cü ildən dosent vəzifəsini tutur.

    Elmi fəaliyyət: 2010-cu ildə «Органная культура в Азербайджане» adlı dissertasiya işini müdafiə edərək, 2011-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.
    Bir çox elmi məqalələrin müəllifidir.