• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Sadıqova Gülyaz Əbülfəz qızı

    Dosent

    Doğum yeri və tarixi: Azərbaycan Bakı şəh, 25.08.1946.

    Təhsil: Azərbaycan Dovlət Konservatoriyasının nəzdində olan 11 illik musiqi məktəbi (1962), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “Fortepiano”ixtisası (1964-1969).

    Pedaqoji fəaliyyəti: Ü.Hacıbəyli adına Azərbaycan Dovlət Konservatoriyasında konsertmeyster (1969). Ü.Hacıbəyli adına Azərbaycan Dovlət Konservatoriyasında “Ümumi fortepiano” kafedrasında müəllim (1978), baş müəllim (1991), dosent (2004).
    1962-ci ildə musiqi ifaçılarının respublika müsabiqədə laureat adı almışdır. 1970-ci ildə Tallin şəhərində keçirilən Ümumittifaq müsabiqədə iştirak etmişdir.