• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Tarix-nəzəriyyə fakültəsi

    Musiqi tarixi kafedrasının əsasnaməsi

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Elmi Şurasının 29.05.2015-ci il

    tarixli iclasında (protokol  № 9  qəbul edilmişdir)

     

    ƏSASNAMƏ

    1.1   Kafedra ali məktəbin  (fakültənin) əsas tədris-elm struktur bölməsi olub,bir və ya bir neçə fənnlər üzrə (humanitar və sosial iqtisadi fənlər, ixtisasın ümumpeşə hazırlığı fənnləri, peşə hazırlığı və ixtisaslaşmalar) tədrisini, metodiki, elmi-tədqiqat və elmi-pedaqoji kadrların hazırlanmasını, yenidən hazırlanması, ixtisaslarının artırılması, təhsil alanlar arasında tərbiyə işlərinə ciddi nəzarəti həyata keçirir.
    1.2   Kafedranın kollektivi, Azərbaycan Respublikası qanunvericiliyinə, Təhsil Qanununa, ali məktəblər haqqında Əsasnaməyə, ali məktəbin Nizamnaməsinə əsasən, attestasiyası qaydalarına uyğun olaraq ali təhsil müəssisəsinin professor-müəllim heyətinin vəzifələrə seçilməsini formalaşdırır və fəaliyyət göstərir.
    1.3   Kafedraya  ümumi rəhbərlik, bir qayda olaraq elmi dərəcəsi və fəxri adı olan kafedra müdiri tərəfindən həyata keçirilir.
    1.4   Kafedra iclaslarındaöz səlahiyyətlərini həyata keçirən orqan, onun kollektividir. Kafedra iclasları zərurət olduqca, ayda bir dəfə, lazım olduqda təxirə salınmaz məsələlərin həlli üçün növbədən kənar ( məzuniyyət dövrü istisna olmaqla) çağırılır.
    1.5   Kafedranın tərkibinə kafedra, professorlar, dosentlər, məsləhətçilər, baş müəllim və digər kateqoriyadan olan işçilər daxildir.
    1.6   Kafedra ən azı 5 professor-müəllim ( o cümlədən 3 nəfər elmi dərəcəyə malik) olduqda yaradılır. Kafedranın illik tədris yükü üç min saatdan az olmamalıdır.
    1.7   Kafedrada İxtisas, Musiqi tarixi, Müasir musiqi, Musiqi ədəbiyyatının tədris metodikası, Xüsusi pedaqoji hazırlıq, Arxiv-biblioqrafik iş, Lektorluq, Musiqili səhnə janrların teatrı fənnləri tədris olunur.
    1.8   Kafedra iclaslarına və ixtisas imtahanlarına, ixtisas yönümlü digər ali məktəblərin, elmi-tədqiqat institutlarının, müəssisə və təşkilatların mütəxəssisləri də dəvət oluna bilər.
    1.9   Kafedra mövcud qaydada ali məktəb (fakültə) elmi şurasının təqdimatına əsasən rektorun əmri ilə yaradılır və ləvğ edilir.
    1.10   Kafedranın professor-müəllim və elmi heyətinin vəzifələrə seçilməsi bir qayda olaraq mövcud əsasnaməyə uyğun müsabiqə yolu ilə həyata keçirilir.
    1.11   Kafedranın və onun tərkibindəki digər struktur qrumlarının Əsasnaməsi Ali məktəb haqqında Əsasnaməyə uyğun olaraq hazırlanır və ali məktəbin elmi şurası tərəfindən təsdiq edilir.

     

    KAFEDRANIN  ƏSAS VƏZİFƏLƏRİ

    2.1  Bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş, fərdi və digər dərslərin yüksək səviyyədə aparılması;baloniya sisteminə uyğun olaraq, semestr ərzində yığılan balların  toplanması;
    2.2  Kurs üzrə tələb olunansemestr üzrə ilkin balların toplanması məqsədi ilə keçirilən imtahanın ixtisas üzrə dinləyişlər (metodik analiz, kontrol dərs, pedaqoji repertuarın öyrənilməsi) təşkili və keçirlməsi, diplom işlərinə  və tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;
    2.3  Tələbələrin gələcək ifaçı - pedaqoq kimi yetişməsində mühüm rol oynayan konfrans, müsabiqə, festival və konsert fəaliyyətinə  istiqamətləndirilməsi;
    2.4  Kafedrada tədris edilən fənlər üzrə proqramların hazırlanması və müvafiq qaydada tədris üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;
    2.5  Tədris prosesinə lazım olan dərslik, dərs vəsaitləri, müntəxabatlar, metodiki tövsiyyələr hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə tədris metodiki ədəbiyyata rəy verilməsi;
    2.6  Elmi-tədqiqat işlərinin aparılması, tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik;
    2.7  Tamamlanmış elmi-tədqiqat işlərinin müzakirəsi, onların tədris və yaradıcılıq prosesinə daxil olunması;
    2.8  Kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi   planlarının hazırlanması və həyata keçirilməsi;
    2.9  Respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, yeni işə başlayan gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi və onların təcrübəli müəllimlərin dərslərində iştirakının təmini;
    2.10   Tədris prosesində tələbələrin inkişafı məqsədi ilə müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;
    2.11   Elmi-pedaqoji və elmi kadrların hazırlanması;
    2.12   Kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;
    2.13   Qabaqcıl təcrübənin öyrənilməsi üçün bu yönümlü ixtisasları tədris edən alı məktəb  müəssisə və təşkilatlarla əlaqələrin yaranması;
    2.14   Pedaqoji kafedrası kimi onun spesifikasına uyğun olan işlərin təhvil verilməsinə nəzarət;
    2.15   Ustad dərslərinin təşkili;
    2.16   Açıq dərslərin təşkili və protokollaşdırılması;
    2.17   Akademiyanın tədbirlərində, kafedra müəllimlərinin iştirakının təşkili;
    2.18   Sinif konsertlərinin keçirilməsi;
    2.19   Sinif konsertlərində fəal iştirak edən, yaxşı nəticə göstərən və seçilən tələbələrin hesabat konsertlərinə çıxarılmasının təşkilini təmin etmək;
    2.20   Tələbələrin elmi-tədqiqat konfranslarında iştirakının  təşkili;
    2.21   Azərbaycan və dünya şöhrətli bəstəkarların və instrumental ifaçıların xatirə gecələrinin keçirilməsi və konsertlərin təşkili;
    2.22   Kurs və buraxılış proqramlarının müzakirə və təsdiq edilməsi;
    2.23   Tələbələrin hüquqları nəzərə alınaraq,  müəllim seçimlərini təmin etmək;
    2.24   Fənn proramlarının müzakirə və təsdiq edilməsini təmin etmək ;
    2.25   Kafedra qarşısında duran vəzifələri yerinə yetirmək üçün öz səlahiyyətləri daxilində digər məsələlərin müzakirəsi;

     

    KAFEDRA İCLASLARI   

    Kafedra iclaslarında aşağıdakı məsələlər müzakirə və təsdiq edilir:

    3.1  Kafedranın bütün fəaliyyət növləri üzrə, eyni zamanda müəllimlərin, elmi-tədqiqat, tədris, yaradıcılıq  heyyətinin plan və hesabatları;
    3.2 Kafedra tərəfindən tədris olunan kurslar üzrə tədris vəsaitləri, proqramlar, imtahan materialları;
    3.2  Müəllimlərin tədris yükünün hazırlanması və bölünməsi;
    3.3 Kafedra tərəfindən təşkil edilən seminar və konfransların mövzularının təsdiqi;
    3.4 Kurs və diplom proqramlarının müzakirə və təsdiq edilməsi;
    3.5   Kafedra müəllimlərinin elmi dərəcə alması üçün təqdimatın müzakirəsi;
    3.6 Kafedra müdirinin müavinlərinin namizədliyi;
    3.7  Kafedra iclasında qəbul olunan qərarlar barədə fakültənin elmi iclasına zərurət olduqda isə ali məktəb rektorluğuna və  elmi şurasına məlumat verilir;
    3.8 Kafedra müdirinin seçilməsi;
    3.9 Dissertasiyaların müzakirəsi;
    3.10 Tədris-metodiki əsərlərin müzakirəsi;
    3.17  İnstrumental ifaçılığının spesifik xüsusiyyətini nəzərə alaraq proqramlar, sillabuslar, repertuar və imtahan təlabatlarının mütəmadi olaraq redaktə olunması;

    Kafedra iclasında qərarlar açıq səsvermə yolu ilə qəbul edilir, tədris – metodiki məsələlərin və kafedra əməkdaşlarının işə qəbul olunması haqqında təqdimatların müzakirəsi, tədris - tərbiyə prosesində iştirak edən kafedra üzvlərinin səsi həlledicidi.
           

    KAFEDRA MÜDİRİ

    4.1  Kafedra iclaslarını çağırır, onlara sədrlik edir, onların qərarlarını təsdiq edir;
    4.2  Hər il kafedranın fəaliyyəti barədə hesabat təqdim edir;
    4.3  Kafedranın işini planlaşdırır və təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir;
    4.4  Ayrılmış əmək haqqı fondu daxilində və kafedranın hesabına kafedranın ştat tərkibini təklif edir;
    4.5  Fakültə və kafedranı  kənar təşkilatlarda təmsil edir.
    4.6  Kafedra müdirinin müavinləri vəzifələrinə namizədləri təklif edir.
    4.7 Kafedranın fəaliyyətinin nəticələrinə görə kafedranın kollektivi, fakültə, ali məktəb elmi şurası və rəhbərlik qarşısında məsuliyyət daşıyır.
    4.8 Kafedraya rəhbərliyi qanunvericiliklə müəyyən edilmiş qaydada təyin olunan kafedra müdiri həyata keçirir.
    4.9 Kafedra müdiri kafedra müəllimlərinin və tələbələrin dərsə davamiyyətinə, dinləyişlərin təşkilinə və imtahanların keçirilməsinə nəzarət edir.
    4.10 Kafedra müdiri fərdi dərs cədvəllərinin tutulmasına nəzarət edir.