• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İfaçılıq fakültəsi

    Simli alətlər kafedrası. Tarix

    İfaçılıq fakültəsinin vəzifəsi solist, ansambl və orkestr ifaçısı, pedaqoq kimi müstəqil peşə fəaliyyəti göstərmək üçün zəruri olan bədii musiqi ifaçılığı ustalığına malik, yüksək səviyyəli ixtisasçılar yetişdirməkdir.  

    İfaçılıq fakültəsində fəaliyyət göstərən kafedralarda dünya şöhrətli musiqiçilər öz biliklərini yeni kadrların yetişdirməsinə yönəldiblər.
    Fakültənin əsas ixtisas buraxılış kafedralarında («Simli alətlər», «Nəfəs və zərb alətləri», «Solo oxuma» ) 1 SSR-i xalaq artisti, 6 xalq artisti, 15 professor və bunlardan 5 prezident təqaüdçüsü fəaliyyət göstərir. Onlardan Şöhrət ordenli, Xalq artisti, professor Fidan Qasımova, Şöhrət ordenli, Xalq artisti, professor Xuraman Qasımova, Şöhrət ordenli, Xalq artisti, professor Şəfiqə Məmmədova, Xalq artisti, professor Yusif Axundzadə, Əməkdar injəsənət xadimi, professor Yaşar İmanov  Əməkdar İncəsənət Xadimi, professor Nəzmiyyə Abbaszadə , Xalq artisti, professor Zəhra Quliyeva, Xalq artisti, professor Şəhla İbrahimova və başqalarının adlarını çəkmək olar.

    Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsində ənənəvi olaraq məşhur ifaçı və pedaqoqlar fəaliyyət göstəriblər: Azərbaycan Respublikasının xalq artistləri Sabir Əliyev, Azad Əliyev, Azər Rzayev, Əməkdar İncəsənət xadimi, professor Tahir Atakişiyev, elmlər doktoru, professor Elxan Babayev, Əməkdar artist, professor Aidə Abdullayeva, professor Azər Abdullayev, Fəlsəfə elmləri doktoru, Əməkdar artist Ələkbər İsgəndərov və başqalarının adlarını qeyd etmək olar.

    İfaçılıq fakültəsində yüksək səviyyəli peşəkar musiqiçilərin fəal əməyi nəticəsində son illər bizim tələbələr müxtəlif nüfuzlu beynəlxalq müsabiqə və festivallarda müvəffəqiyyətlə iştirak edərək Azərbaycanın adını yüksək tuturlar. Bakı Musiqi akademiyasının çoxşaxəli beynəlxalq layihələrində hər zaman fakültənin tələbələri fəal iştirak edir, MDB, Türksoy, Polşa, Norveç və başqa gənclər orkestrlərinin tərkibində layiqincə Akademiyanı təmsil edirlər. Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin tələbələrinin beynəlxalq layihələrdə uğurlu iştirakı bizim professor-müəllim heyətinin yüksək professional səviyyəsinin təsdiqidir.

    İfaçılıq fakültəsində beş kafedra fəaliyyət göstərir: «Simli alətlər» (müdiri-Xalq artisti, professor Ş.İbrahimova), «Solo oxuma»(müdiri-Xalq artisti, professor X.Qasımova), «Nəfəs və zərb alətləri»(müdiri-Xalq artisti, professor Y.Axundzadə), «Kamera ansamblı»(müdiri-professor K.Neymanova), «Dillər və ədəbiyyat»(müdiri-Filologiya üzrə elmlər doktoru, professor T.Quliyev). Tələbələrin dolğun, hərtərəfli inkişafında adı çəkilən beş kafedranın birgə, qarşılıqlı əməyi müstəsna rol oynayır.


    İfaçılıq fakültəsində Elmi Şura səmərəli fəaliyyət göstərir. İfaçılıq fakültəsinin dekanı, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə Elmi Şuranın sədirliyini uğurla həyata keçirir.