• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İfaçılıq fakültəsi

    Nəfəs və zərb alətləri kafedrası. Tarix

     
    50-70-ci illər konservatoriyanın nəfəs və zərb alətləri kafedrasında çalışan müəllimlər, eyni zamanda bu təhsil ocağının ilk yetirmələri idi. Kafedrada 1951-ci ildən çalışan professor Ə.İsgəndərovun, dosentlər Q.Səmədzadənin (klarnet) və A.Əliyevin (trombon), 30 ildən artıq SSRİ Böyük Teatrının solistləri, Moskva Dövlət Konservatoriyasının professorları, Azərbaycanın əməkdar artistləri M.Zeynalovun (trombon) və M.Orucovun (qoboy) adlarını çəkmək olar.

    Kafedraya musiqişünas və valtornaçı professor S.Berolski rəhbərlik edirdi. Nəfəs alətləri kafedrasının 1939-cu ildəki he’yəti belə idi: İ.Konoplyov (fleyta), Q.Mədatov (fleyta), Çerni (zərb), Fyodoroviç (klarnet), A.P.Kolpinski (truba), Bulatov (trombon), Çernıx (faqot).

    Bu kafedranın yetirmələrinin siyahısına daha iki mahir ifaçını – Böyük teatrın solistləri Ənvər Paşayevi (trombon) və Hidayət Əliyevi (valtorna) əlavə etsək, həqiqətən keçmişimizlə fəxr edə bilərik.

    Zəngin ənənələri olan kafedranın bu günü ilə də fəxr etmək olar. Hazırda BMA-nın nəfəs və zərb alətləri kafedrasında 4 professor, 9 dosent, o cümlədən 1 elmlər doktoru, 2 elmlər namizədi, 4 nəfər respublikanın xalq artisti , 8 nəfər əməkdar artistlər, 2 nəfər əməkdar incəsənət xadimi  çalışır.
    1979-cu ildən bu günədək olan müddəti sözün həqiqi mənasında müsabiqələr və festivallar dövrü adlandırmaq olar. 38 il əvvəl (1979) nəfəs alətlərində çalanların I Zaqafqaziya müsabiqəsi keçirildi. M.Axundov və V. Qafarov (professor A.C.Abdullayevin sinfi), Y.Şuxin və R.Əhmədov (professor Ə.X.Maqomedov), A.Məhərrəmov (professor Ə.İsgəndərov) müsabiqənin qalibi oldular.

    80-ci illərdə kafedranın müdiri, sənətşünaslıq namizədi, professor A.C.Abdullayevin təşəbbüsü ilə daha 2 sənət yarışı keçirildi. Bunlardan birincisi (1982) nəfəs alətləri üçün kamera musiqisi ifaçılarının I Zaqafqaziya festivalı oldu. 1985-ci ildə nəfəs alətiə çalğıçıları, ilk dəfə olaraql ifaçıların VII Zaqafqaziya müsabiqəsinə qoşuldular. Bu sənət yarışının qalibləri Ə.Əkbərov (professor E.Babayev), İ.Xoxlov (professor Ə.X.Maqomedov), A.Çulkov (baş müəllim E.Rüstəmov), K.Mirzəyev (dosent V.Süleymanov), Y.Yüzbaşov (A.Abdullayev) oldular. Kafedranın tələbələri 1963,1983,1987,1991-ci illərdə keçirilən Ümumittifaq musabiqələrində iştirak etmiş, ikinci turun iştirakçıları olmuş, diplomlar qazanmışlar (M.Ağamalızadə – fleyta, A.Əliyev – faqot).

    Kafedranın həyatında Fikrət Əmirov adına müsabiqələrin keçirilməsilə əlamətdardır. Müsabiqənin təşəbbüskarı 1992-ci ildən kafedraya rəhbərlik edən sənətşünaslıq doktoru, professor E.Ə.Babayevdir.

    İlk müsabiqə böyük bəstəkarın 70 illik yubileyi münasibətilə 1992-ci ildə, sonrakılar isə ilaşırı (1994, 1996, 1998, 2000) keçirilib. İndiyədək keçirilmiş F.Əmirov adına 5 müsabiqənin qalibləri hal-hazırda respublikanın təhsil ocaqlarında, musiqi kollektivlərində, eləcə də ölkəmizdən xaricdə böyük sənət uğurları qazanırlar.

    Onlardan Ə.Ağamalızadə (fleyta, II müsabiqə, I dərəcəli diplom, Kanadada işləyir), F.Əhmədov və E.Əhmədov qardaşları (klarnet , IV müsabiqə, I dərəcəli diplom, Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti), Z.Həsənov (klarnet , III müsabiqə, I dərəcəli diplom, Azərbaycan Dövlət Simfonik Orkestrinin artisti), V.Kuznetsov (trombon, II müsabiqə, I dərəcəli diplom, Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti), R.Quliyev (I və II müsabiqələrin laureatı, Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti), S.Məmmədov (II müsabiqə, III dərəcəli diplom, Azərbaycan Dövlət Simfonik Orkestrinin artisti), E.Həsənov (V müsabiqənin laureatı, II dərəcəli diplom, Dövlət Teleradio şirkətinin simfonik orkestrinin artisti), E.Mustafayev (fleyta,V müsabiqənin laureatı, II dərəcəli diplom, Azərbaycan Dövlət Simfonik orkestrinin solisti) kimi musiqiçiləri qeyd etmək lazımdır.