• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İfaçılıq fakültəsi

    Solo oxuma və opera hazırlığı kafedrasının əsasnaməsi

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Elmi Şurasının 29.05.2015-ci il

    tarixli iclasında (protokol  № 9  qəbul edilmişdir)

     

    ƏSASNAMƏ

    1.1.    Kafedra ali məktəbin (fakültənin) əsas tədris-elm struktur bölməsi olub, bir və ya bir neçə fənlər üzrə (humanitar və sosial iqtisadi fənlər, ixtisasın ümumpeşə hazırlığı fənləri, peşə hazırlığı və ixtisaslaşmalar) tədrisini, metodiki, elmi-tədqiqat və elmi-pedaqoji kadrların hazırlanmasını, yenidən hazırlanması, ixtisaslarının artırılması, təhsil alanlar arasında tərbiyə işlərinə ciddi nəzarəti həyata keçirir.
    1.2.    Kafedranın kollektivi Azərbaycan Respublikası qanunvericiliyinə, Təhsil Qanununa, ali məktəblər haqqında Əsasnaməyə, ali məktəbin Nizamnaməsinə əsasən, attestasiyası qaydalarına uyğun olaraq ali təhsil müəssisəsinin professor-müəllim heyətinin vəzifəyə seçilməsini formalaşdırır və fəaliyyət göstərir.
    1.3.    Kafedraya ümumi rəhbərlik, bir qayda olaraq elmi dərəcəsi və fəxri adı olan  kafedra müdiri tərəfindən həyata keçirilir. Kafedra müdirinin ayrı-ayrı sahələr üzrə (tədris – tərbiyə, elm, menecment) ictimai əsaslarla müavinləri olur.
    1.4.    Kafedra iclaslarında öz səlahiyyətlərini həyata keçirən orqan, onun kollektividir.
    1.5.    Kafedra iclasları zərurət olduqca, ayda bir dəfə, lazım olduqda, təxirə salınmaz məsələlərin həlli üçün növbədən kənar (məzuniyyət dövrü istisna olmaqla) çağırılır.
    1.6.    Kafedranın tərkibinə kafedra, professorlar, dosentlər, məsləhətçilər, baş müəllim və assissentlər, elmi işçilər, aspirantlar, digər kateqoriyadan olan işçilər daxildir.
    1.7.    Kafedra ən azı 5 professor-müəllim (o cümlədən 3 nəfər elmi dərəcəyə malik) olduqda yaradılır. Kafedranın illik tədris yükü üç min saatdan az olmamalıdır.
    1.8.    Kafedra iclaslarına və ixtisas imtahanlarına, ixtisas yönümlü digər ali məktəblərin, elmi-tədqiqat inistitutlarının, müəssisə və təşkilatların mütəxəssisləri də dəvət oluna bilər.
    1.9.    Kafedra mövcud qaydada ali məktəb (fakültə) elmi şurasının təqdimatına əsasən rektorun əmri ilə yaradılır və ləvğ edilir.
    1.10.    Kafedranın professor-müəllim və elmi heyətinin vəzifələrə səçilməsi bir qayda olaraq mövcud əsasnaməyə uyğun müsabiqə yolu ilə həyata keçirilir.
    1.11.    Kafedra kargüzarlığı mövcud qaydada təsdiq edilmiş nomenklaturaya uyğun olaraq aparılır.
    1.12.    Kafedranın və onun tərkibindəki digər stuktur qrumlarının Əsasnaməsi Ali məktəb haqqında Əsasnaməyə uyğun olaraq hazırlanır və ali məktəbin elmi şurası tərəfindən təsdiq edilir.

       
    KAFEDRANIN  ƏSAS VƏZİFƏLƏRİ

    2.1  Bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, praktiki seminar, fərdi və digər dərslərin yüksək səviyyədə aparılması;
    2.2  Kurs üzrə tələb olunan proqramlara, müsabiqə və konsert fəaliyyəti üçün repertuar seçiminə, diplom işlərinə (lahiyələrinə) və tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;
    2.3  Kollokviumların, imtahanları təşkili və keçirilməsi;
    2.4  Dövlət imtahanlarının təşkili və keçirilməsi;
    2.5  Tələbələri, gələcək pianoçu - pedaqoq kimi yetişməsində mühüm rol oynayan müsabiqə, festival və konsert fəaliyyətinə  istiqamətləndirilməsi;
    2.6  Kafedrada tədris edilən fənlər üzrə proqramlarının işlənib hazırlanması və müvafiq qaydada tədris üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;
    2.7  Dərslik, dərs vəsaitləri, mütəhabatlar, metodiki tövsiyyələr və göstərişlərin hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə tədris metodiki ədəbiyyata rəy verilməsi;
    2.8  Elmi-tədqiqat işlərinin aparılması, tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik;
    2.9  Tamamlanmış elmi-tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi;
    2.10  Kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi   planlarının hazırlanması və həyata keçirilməsi;
    2.11  Respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, yeni işə başlayan gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi və onların təcrübəli müəllimlərin dərslərində iştirakının təmini;
    2.12  Tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;
    2.13  Ali məktəb tələbələrinin musiqi təhsilinin  tədrisində müasir  texnologiyalarının  sistemli tədbiqi;
    2.14  Elmi-pedaqoji və elmi kadrların hazırlanması;
    2.15  Kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;
    2.16  Qabaqcıl təcrübənin öyrənilməsi üçün bu yönümlü ixtisasları tədris edən alı məktəb  müəssisə və təşkilatlarla əlaqələrin yaranması;
    2.17  Yaradıcılıq kafedrası kimi onun spesifikasına uyğun olaraq yaradıcılıq - ifa  işlərinin təhvil verilməsinə nəzarət;
    2.18  Ustad dərsləri təşkili;
    2.19  Açıq dərsləri təşkili və protokollaşdırılması;
    2.20  Universitetin tədbirlərində, kafedra müəllimlərinin iştirakının təşkili;
    2.21  Sinif konsertlərinin keçirilməsi;
    2.22  Sinif konsertlərində fəal iştirak edən, yaxşı nəticə göstərən və seçilən tələbələrin hesabat konsertlərinə çıxarılmasının təşkilini təmin etmək;
    2.23  Tələbələrin beynəlxalq və respublika müsabiqə və festivallarda iştirakının  təşkili;
    2.24  Azərbaycan və dünya şöhrətli bəstəkarların və instrumental ifaçıların xatirə gecələrinin keçirilməsi və konsertlərin təşkili;
    2.25  Kurs və buraxılış repertuarlarının müzakirə və təsdiq edilməsi;
    2.26  Tələbələrin hüquqları nəzərə alınaraq,  müəllim seçimlərini təmin etmək (I kurs istisna olmaqla);
    2.27  Fənn proramlarının müzakirə və təsdiq edilməsini təmin etmək ;
    2.28  Kafedra qarşısında duran vəzifələri yerinə yetirmək üçün öz səlahiyyətləri daxilində digər məsələləri də müzakirəsi və müvafiq qərar;
    2.29  Təhsil alanlar arasında tərbiyə işinin təşkili və asudə vaxtlarına nəzarət: tələbələrin professional ustalığının artması və estetik zövqünün formalaşmasında mühüm rol oynayan, respublikanın mədəni həyatında (konsertlər, tamaşalar, sərgilər, muzeylər və s.) fəal iştirakı.

     

    KAFEDRA İCLASLARI   

    Kafedra iclaslarında aşağıdakı məsələlər müzakirə və təsdiq edilir:

    3.1  Kafedranın bütün fəaliiyət növləri üzrə, eyni zamanda müəllimlərin, elmi, tədris-yardımçı heyyəti, aspirantların, staj keçənlərin, və fərdi planla təhsil alan tələbələrin plan və hesabatları;
    3.2 Kafedra tərəfindən tədris olunan kurslar üzrə tədris vəsaitləri, proqramlar, imtahan materialları;
    3.2  Müəllimlərin tədris yükü və tədris yükünün bölünməsi;
    3.3 Kafedra tərəfindən təşkil edilən seminarların, konfransların tematikası və müsabiqələrin repertuarı;
    3.4 Kurs və diplom lahiyyələrinin tematikası, rəhbərlərin və rəy verənlərin təyini, lahiyələrin müdafiəyə buraxılması;
    3.5 Elmi və metodiki işlərin nəşr olunma qaydalarına dair təqdimatların verilməsi;
    3.6  Kafedra müəllimlərinin elmi dərəcə alması üçün təqdimatın müzakirəsi;
    3.7 Kafedra müdirinin müavinlərinin namizədliyi;
    3.8 “İnstrumental ifaçılıq” ixtisasının spesifik xüsusiyyətlərindən irəli gələrək, kollokvium və keçid imtahanları üçün komissiya üzvlərinin təyin edilməsi;
    3.9 Kafedra iclasında qəbul olunan qərarlar barədə fakültənin elmi iclasına zərurət olduqda isə ali məktəb rektorluğuna və  elmi şurasına məlumat verilir;
    3.10  Kafedra müdirinin seçilməsi;
    3.11  Dissertasiyaların müzakirəsi;
    3.16  Tədris-metodiki əsərlərin müzakirəsi;
    3.17  “İnstrumental ifaçılıq” ixtisasının spesifik xüsusiyyətini nəzərə alaraq proqramlar, sillabuslar, repertuar və imtahan təlabatlarının mütəmadi olaraq redaktə olunması

    Kafedra iclasında qərarlar açıq səsvermə yolu ilə qəbul edilir, tədris – metodiki məsələlərin və kafedra əməkdaşlarının işə qəbul olunması haqqında təqdimatların müzakirəsi, tədris - tərbiyə prosesində iştirak edən kafedra üzvlərinin səsi həlledicidi.

           
    KAFEDRA MÜDİRİ

    4.1  Kafedra iclaslarını çağırır, onlara sədrlik edir, onların qərarlarını təsdiq edir;
    4.2  Hər il kafedranın fəaliyyəti barədə hesabat təqdim edir;
    4.3  Kafedranın işini planlaşdırır və təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir;
    4.4  Ayrılmış əmək haqqı fondu daxilində və kafedranın büdcədən kənar vəsaiti hesabına kafedranın ştat tərkibini təklif edir;
    4.5  Fakültə və kafedranı  kənar təşkilatlarda təmsil edir.
    4.6  Kafedra müdirinin müavinləri vəzifələrinə namizədləri təklif edir.
    4.7 Kafedranın fəaliyyətinin nəticələrinə görə kafedranın kollektivi, fakültə, ali məktəb elmi şurası və rəhbərlik qarşısında məsuliyyət daşıyır.
    4.8 Kafedraya rəhbərliyi qanunvericiliklə müəyyən edilmiş qaydada təyin olunan kafedra müdiri həyata keçirir.
    4.9    Kafedra müdiri kafedra müəllimlərinin və tələbələrin dərsə davamiyyətinə, dinləyişlərə, keçid və Dövlət imtahanlarına nəzarət edir.
    4.10 Kafedra müdiri fərdi dərs cədvəllərinin qurulmasına nəzarət edir.