Metodika və xüsusi pedaqoji kafedrasının əsasnaməsi
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar
tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin
Nümunəvi Nizamnaməsi” əsasında hazırlanmış
ƏSASNAMƏ
Kafedra ali məktəbin (fakültənin) əsas tədris-elm struktur bölməsi olub, bir və ya bir neçə fənlər üzrə (humanitar və sosial iqtisadi fənlər, ixtisasın ümumpeşə hazırlığı fənləri, peşə hazırlığı və ixtisaslaşmalar) tədrisini, metodiki, elmi-tədqiqat və elmi-pedaqoji kadrların hazırlanmasını, yenidən hazırlanması, ixtisaslarının artırılması, təhsil alanlar arasında tərbiyə işlərinə ciddi nəzarəti həyata keçirir.
1.1 Kafedranın kollektivi Azərbaycan Respublikası qanunvericiliyinə, Təhsil Qanununa, ali məktəblər haqqında Əsasnaməyə, ali məktəbin Nizamnaməsinə əsasən, attestasiyası qaydalarına uyğun olaraq ali təhsil müəssisəsinin professor-müəllim heyətinin vəzifələrə seçilməsini formalaşdırır və fəaliyyət göstərir.
1.2 Kafedraya ümumi rəhbərlik, bir qayda olaraq elmi dərəcəsi və fəxri adı olan kafedra müdiri tərəfindən həyata keçirilir.
1.3 Kafedra iclaslarında öz səlahiyyətlərini həyata keçirən orqan, onun kollektividir.
Kafedra iclasları zərurət olduqca, ayda bir dəfə, lazım olduqda, təxirə salınmaz məsələlərin həlli üçün növbədən kənar (məzuniyyət dövrü istisna olmaqla) çağırılır.
1.4 Kafedranın tərkibinə kafedra, professorlar, dosentlər, məsləhətçilər, baş müəllim və digər kateqoriyadan olan işçilər daxildir.
1.5 Kafedra ən azı 5 professor-müəllim (o cümlədən 3 nəfər elmi dərəcəyə malik) olduqda yaradılır. Kafedranın illik tədris yükü üç min saatdan az olmamalıdır.
1.6 Kafedrada Xüsusi pedaqoji hazırlıq, tədris metodikası, musiqi pedaqoqikası və musiqi psixologiyası fənləri tədris olunur.
1.7 Kafedra iclaslarına və ixtisas imtahanlarına, ixtisas yönümlü digər ali məktəblərin, elmi-tədqiqat inistitutlarının, müəssisə və təşkilatların mütəxəssisləri də dəvət oluna bilər.
1.8 Kafedra mövcud qaydada ali məktəb (fakültə) elmi şurasının təqdimatına əsasən rektorun əmri ilə yaradılır və ləvğ edilir.
1.9 Kafedranın professor-müəllim və elmi heyətinin vəzifələrə səçilməsi bir qayda olaraq mövcud əsasnaməyə uyğun müsabiqə yolu ilə həyata keçirilir.
1.10 Kafedranın və onun tərkibindəki digər stuktur qrumlarının Əsasnaməsi Ali məktəb haqqında Əsasnaməyə uyğun olaraq hazırlanır və ali məktəbin elmi şurası tərəfindən təsdiq edilir.
KAFEDRANIN ƏSAS VƏZİFƏLƏRİ
2.1 Bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş, fərdi və digər dərslərin yüksək səviyyədə aparılması;baloniya sisteminə uyğun olaraq, imtahan qabağı ilkin balların toplanması;
2.2 Kurs üzrə tələb olunan imtahan qabağı ilkin balların toplanması məqsədi ilə keçirilən imtahanın (metodik analiz, kontrol dərs, pedaqoji repertuarın öyrənilməsi) təşkili və keçirlməsi, diplom işlərinə və tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;
2.3 Tələbələri, gələcək pianoçu - pedaqoq kimi yetişməsində mühüm rol oynayan konfrans, müsabiqə, festival və konsert fəaliyyətinə istiqamətləndirilməsi;
2.4 Kafedrada tədris edilən fənlər üzrə proqramlarının işlənib hazırlanması və müvafiq qaydada tədris üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;
2.5 Dərslik, dərs vəsaitləri, müntəhabatlar, metodiki tövsiyyələr və göstərişlərin hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə tədris metodiki ədəbiyyata rəy verilməsi;
2.6 Elmi-tədqiqat işlərinin aparılması, tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik;
2.7 Tamamlanmış elmi-tədqiqat işlərinin müzakirəsi, onların tədris və yaradıcılıq prosesinə daxil olunması;
2.8 Kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;
2.9 Respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, yeni işə başlayan gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi və onların təcrübəli müəllimlərin dərslərində iştirakının təmini;
2.10 Tədris prosesində tələbələrin inkişafı məqsədi ilə müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;
2.11 Elmi-pedaqoji və elmi kadrların hazırlanması;
2.12 Kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;
2.13 Qabaqcıl təcrübənin öyrənilməsi üçün bu yönümlü ixtisasları tədris edən alı məktəb müəssisə və təşkilatlarla əlaqələrin yaranması;
2.14 Pedaqoji kafedrası kimi onun spesifikasına uyğun olan işlərin təhvil verilməsinə nəzarət;
2.15 Ustad dərsləri təşkili;
2.16 Açıq dərsləri təşkili və protokollaşdırılması;
2.17 Akademiyanın tədbirlərində, kafedra müəllimlərinin iştirakının təşkili;
2.18 Sinif konsertlərinin keçirilməsi;
2.19 Sinif konsertlərində fəal iştirak edən, yaxşı nəticə göstərən və seçilən tələbələrin hesabat konsertlərinə çıxarılmasının təşkilini təmin etmək;
2.20 Tələbələrin elmi-tədqiqat konfranslarında iştirakının təşkili;
2.21 Azərbaycan və dünya şöhrətli bəstəkarların və instrumental ifaçıların xatirə gecələrinin keçirilməsi və konsertlərin təşkili;
2.22 Kurs və buraxılış repertuarlarının müzakirə və təsdiq edilməsi;
2.23 Tələbələrin hüquqları nəzərə alınaraq, müəllim seçimlərini təmin etmək;
2.24 Fənn proramlarının müzakirə və təsdiq edilməsini təmin etmək ;
2.25 Kafedra qarşısında duran vəzifələri yerinə yetirmək üçün öz səlahiyyətləri daxilində digər məsələləri də müzakirəsi və müvafiq qərar;
KAFEDRA İCLASLARI
Kafedra iclaslarında aşağıdakı məsələlər müzakirə və təsdiq edilir:
3.1 Kafedranın bütün fəaliyyət növləri üzrə, eyni zamanda müəllimlərin, elmi-tədqiqat, tədris, yardıcılıq heyyətinin plan və hesabatları;
3.2 Kafedra tərəfindən tədris olunan kurslar üzrə tədris vəsaitləri, proqramlar, imtahan materialları;
3.2 Müəllimlərin tədris yükü və tədris yükünün bölünməsi;
3.3 Kafedra tərəfindən təşkil edilən seminarların və konfransların tematikası;
3.4 Kurs və diplom lahiyyələrinin tematikası, rəhbərlərin və rəy verənlərin təyini, lahiyələrin müdafiəyə buraxılması;
3.5 Kafedra müəllimlərinin elmi dərəcə alması üçün təqdimatın müzakirəsi;
3.6 Kafedra müdirinin müavinlərinin namizədliyi;
3.7 Kafedra iclasında qəbul olunan qərarlar barədə fakültənin elmi iclasına zərurət olduqda isə ali məktəb rektorluğuna və elmi şurasına məlumat verilir;
3.8 Kafedra müdirinin seçilməsi;
3.9 Dissertasiyaların müzakirəsi;
3.10 Tədris-metodiki əsərlərin müzakirəsi;
3.17 “Metodika və xüsusi pedaqoji hazırlıq” ixtisasının spesifik xüsusiyyətini nəzərə alaraq proqramlar, sillabuslar, repertuar və imtahan təlabatlarının mütəmadi olaraq redaktə olunması;
Kafedra iclasında qərarlar açıq səsvermə yolu ilə qəbul edilir, tədris – metodiki məsələlərin və kafedra əməkdaşlarının işə qəbul olunması haqqında təqdimatların müzakirəsi, tədris - tərbiyə prosesində iştirak edən kafedra üzvlərinin səsi həlledicidi.
KAFEDRA MÜDİRİ:
4.1 Kafedra iclaslarını çağırır, onlara sədrlik edir, onların qərarlarını təsdiq edir;
4.2 Hər il kafedranın fəaliyyəti barədə hesabat təqdim edir;
4.3 Kafedranın işini planlaşdırır və təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir;
4.4 Ayrılmış əmək haqqı fondu daxilində və kafedranın büdcədən kənar vəsaiti hesabına kafedranın ştat tərkibini təklif edir;
4.5 Fakültə və kafedranı kənar təşkilatlarda təmsil edir.
4.6 Kafedra müdirinin müavinləri vəzifələrinə namizədləri təklif edir.
4.7 Kafedranın fəaliyyətinin nəticələrinə görə kafedranın kollektivi, fakültə, ali məktəb elmi şurası və rəhbərlik qarşısında məsuliyyət daşıyır.
4.8 Kafedraya rəhbərliyi qanunvericiliklə müəyyən edilmiş qaydada təyin olunan kafedra müdiri həyata keçirir.
4.9 Kafedra müdiri kafedra müəllimlərinin və tələbələrin dərsə davamiyyətinə, dinləyişlərə, keçid və imtahanlarına nəzarət edir.
4.10 Kafedra müdiri fərdi dərs cədvəllərinin qurulmasına nəzarət edir.