• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Fortepiano fakültəsi

    Metodika və xüsusi pedaqoji hazırlıq kafedrası. Tarix

    Hər bir tanınmış musiqiçi-ifaçının adını çəkəndə biz onun müəlliminin də adını minnətdarlıqla xatırlayarıq, çünki onun inkişafı yolunda, müxtəlif dünya səhnələrində uğur və şöhrət gazanmasında müəllimin rolu və əməyi əvəzedilməzdir. Pianoçu-müəllim yetişdirmək pianoçu-ifaçı yetişdirmək qədər zəruridir.

    Bu çox mürəkkəb sənətinin nəzəri əsaslarının və praktik biliklərinin əməl etməsi mənimsənilməsiali musiqi məktəbi tələbələrinin garşısında durur və metodika və xüsusi pedaqoji hazırlıq kafedrasının iş prosesində həyata keçirilir. Musiqi-pedaqoji sənətinin xüsusiyyətlərini, sirlərini və incəliklərini tələbələrə kafedrada illərlə çalışan, çox təcrübəli pianoçu-müəllimlər çatdırırlar. Onlar tələbələrə bu sənəti sevdirməyə  çalışır, onları bu çətin işdə uğur qazanmağa yönəldirlər. Kafedranın fəalliyyəti iki əsas formaya əsaslanır: xüsusi pedaqoji hazırlıq dərslərində tələbələr praktik bilikləri  qavrayırlar, fortepiano təliminin metodikası, musiqi pedaqogikası, müsiqi psixologiyası fənlərində isə nəzəri bilikləri   mənimsəyirlər.

    Bu kafedra 1971 –ci ildən müstəqil fəaliyyətdədir. Müstəqil kafedranın yaranmasından əvvəl fortepiano metodikası təliminin nəzəri və praktiki təcrübənin artması və inkişafı ilə səciyyələnən tarixi dövr kecib. Fortepiano təliminin metodikası, fortepiano ifaçılığının tarixi, pedaqoji təcrübəni özündə cəmləşdirən tədris fənləri silsiləsinin məqsədi tələbələrə müəllimlik sənətini öyrəymək, onlara məsuliyyət və anlayış keyfiyyətlərini aşılamaqdır.

    Tədris metodikası, pianizm tarixi və nəzəriyyəsi kafedrası pianoçu kadrların hazırlanması, professional musiqi təhsilinin yaranması və inkiçafı, xüsusilə də Azərbaycanda pianoçu təhsili isinə əvəzsiz bir xəzinə daxil etmişdir. Kafedra K.K.Səfər-Əliyeva, L.N.Yeqorova, R.İ.Siroviç, M.L.Bıkova, S.Ə. Quliyeva və başqa belə məşhur musiqiçi-müəllimlərin əməyi sayəsində püxtələşmiş və öz simasını tapmışdır.

    Üzün illər, 1971-ci ildən 1988-ci ilə qədər kafedraya Azərbaycan Dövlət Konservatoriyasını 1947-ci ildə (professor M.R.Brennerin sinfi üzrə) və Azərbaycan Elmlər Akademiyasının incəsənət və memarlıq institutunun aspiranturasını 1959-cu ildə bitirmiş A.B.Mirzəyeva rəhbərlik etmişdir. Bu məhsuldar dövr kafedranın işində tədris-metodik məsələlərin keçirilməsi, effektiv metod və onların həllinin axtarışları ilə səciyyələnir.

    1988-ci ildən konservatoriyanı ildə iki ixtisasla 1962-cı fortepiano (professor M.R.Brennerin sinfi) və 1964-cü ildə bəstəkarlıq (professor Q.Ə.Qarqyevin sinfi) üzrə bitirmiş Azərbaycan Əməkdar incəsənət xadimi S.M.İbrahimova rəhbərlik edir. Pianoçu, bəstəkar və müəllim, çoxsaylı əsərlər, o cümlədən fortepiano əsərlərinin müəllifi professor S.M.İbrahimova kafedrada əsil yaradıcılıq mühitinin və mütəxəssislərin məqsədyönlü pedaqoji hazırlığı sisteminin yaradılmasına təkan verdi.

    1989-cu ildən başlayaraq aparılan xüsusi pedaqoji hazırlıq üzrə keçmiş SSSR-i məkanında ilk dəfə dövlət imtahanı yüksək professionallıq səviyyəsində keçirilir. Komissiya müxtəlif  metodiki, praktiki və elmi istiqamətlərdə tələbələri yoxlayır.
    1901-ci ildə  dövlət komissiyasının sədri Moskva Dövlət konservatoriyasının metodika kafedrasının müdiri professor J.K.Kulova tələbələrin musiqi-pedaqoji hazırlığının yüksək səviyyədə olduğunu qeyd etmişdir.

    Hal-hazırda kafedranın bütün işçiləri fəal elmi və metodik iş aparırlar. Sonuncu illər ərzində fortepiano ifaçılığı və təlim metodikasına həsr olunmuş çoxsaylı metodik səciyyəli elmi iş çap olunmuşdur. Təcrübəli müəllimlərinin açıq dərsləri, konsert-mühazirələr, elmi pkartik və ifaşılıq konfransları, eləcə də müəllim-məsləhətçilərin və tələbələrin rəhbərliyi altında hazırladığı pianoçu-şaqirdlərin hesabat konsertləri keçırılır.

    2016-cı ildən “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasinin dosenti Elnarə Məmmədova kafedraya  rəhbərlik edir.

    Bu gün kafedrada dərin elmi-nəzəri biliklərə malik , zəngin təcrübə toplamış müəllimlər,Xalq artisti, professor S.M.İbrahimova, Pedaqoji elmlər namizədi, professor, T.F.Kəngərlinskaya, sənətşunaslıq üzrə fəlsəfə doktoru, dosent S.X.Mustafayeva, Əməkdar müəllim, professor S.Ş.Şirinova, Əməkdar müəllim, professor İ.Ə.Nəcəfəliyeva, Əməkdar müəllim, professor L.M.Məmmədəliyeva, sənətşunaslıq üzrə fəlsəfə doktoru, dosent Е.Məmmədova, dosent A.Məmmədova, dosent A.Rzayeva, dosent  F.Saarbekova, sənətşunaslıq üzrə fəlsəfə doktoru dosent N.O.Abasquliyeva,  sənətşunaslıq üzrə fəlsəfə doktoru, baş müəllim F.Əliyeva, sənətşunaslıq üzrə fəlsəfə doktoru, dosent  M.Tuayeva, baş müəllim A.Hüseynova, sənətşunaslıq üzrə fəlsəfə doktoru,  dosent H.Yusifova, dosent N.Əli-zadə, baş müəllim F.Sultanova, baş müəllim S.Ağasiyeva, müəllim N.Məlikova çalışırlar.