“Konsertmeyster ustalığı” (müşayiət) kafedrası Azərbaycan Dövlət Konservatoriyasında 1937-ci ildə yaradılmışdır.İdarəetmə heyətinin tapşırığı ilə ümumi rəhbərlik işini bu sənətə böyük əhəmiyyət verən, professor Q.Q.Şaroyev həyata keçirirdi. Müşayiət sinfinin fəaliyyətində Azərbaycan Dövlət Konservatoriyasının bir sıra müəllim və musiqiçiləri fəal iştirak edirdilər və ilk növbədə müşayiət sənətinə professional şəkildə yiyələnmiş istedadlı musiqiçi, təcrübəli konsertmeyster V.M.Kozlov.
1930-40-cı illər dönəmində sinfin işinə E.Xanina, E.Əliyeva kimi müəllimlər cəlb olunurlar. O zamanlar “Fortepiano” fakültəsinin əksər tələbələri müşayiət sinfi üzrə təcrübə keçməsi üçün vokal, eləcə də orkestr siniflərinə əlavə edilirdilər.
XX əsrin 50-ci illərinin sonlarında “Fortepiano” fakültəsinin məzunlarının müşayiət və konsertmeyster ixtisaslaşdırılması kimi əlverişli şərait yaradılır. 1961-ci ildə müşayiət sinfinin rəhbəri təcrübəli müəllim və konsertmeyster E.S.Xanina təyin edilir.
Tədris planının genişləndirilməsi və peşəkar kadrların hazırlığı üçün müəyyən təcrübənin toplanması "Konsertmeyster sinfi"nin müstəqil fənn kimi ayrılması üçün şərait yaratmışdır.
1977-ci ildə “Konsertmeyster ustalığı” kafedrası yaradılır. Kafedra müdiri Azərbaycan Dövlət Konservatoriyasının Q.Q.Şaroyevin sinfi üzrə məzunu, dosent E.Q.Əsgərova təyin olunur. Kafedranın işi yeni professional mərhələsinə çatdırılır. Tədris planına, tədris-metodik tələblərə yenidən baxılır, repertuar genişləndirilir,tələbələrin müşayiət bacarıqlarının təkmillədirilməsi üçün yeni imkanlar cəlb edilir.
1996-cı il S.Ə. Quliyevanın sinfinin məzunu, professor N.A.İbrahimova rəhbərliyi öz üzərinə götürdüyü zaman “Konsertmeyster ustalığı” kafedrasının həyatına yeni keyfiyyətli mərhələ qədəm qoyur.
Geniş bilikli və peşəkar musiqiçi olan N.A.İbrahimova özünü işinin fədakarı və bacarıqlı təşkilatçısı kimi sübut edir. Nailə xanımın və “Konsertmeyster ustalığı” kafedrasının baş müəllim Leyla Abasquliyevanın təşəbbüsü ilə konsertmeyster sinfi üzrə yeni proqramlar tərtib olunur, repertuar yenilənir və genişləndirilir, məqbul və imtahan tələbləri dəqiqləşdirilir. Müşayiət təcrübəsi keçməsi üçün tələbələrin məcburi attestasiyası sessiyaya daxil edilir.
“Konsertmeyster sinfi” fənninin kökünün yaxşılaşdırılması istiqamətində yönləndirilmiş bütün bu tədbirlər tələbələrin hazırlığında mühüm əhəmiyyətli səviyyənin və keyfiyyətin əldə edilməsində müsbət nəticə verir. Bütün bunlarla yanaşı eyni zamanda xoşniyyətlilik ab-havası və yüksək yaradıcılıq keyfiyyətliliyi ilə cəmləşən peşəkar musiqiçilərdən ibarət kafedranın pedaqoji kollektivi formalaşır.
“Konsertmeyster ustalığı” kafedrasında aparılan keyfiyyətli dəyişikliklər nəticəsində 1999-cu il Respublika konsertmeysterlər müsabiqəsinin keçirilməsi mümkün olur. Bu müsabiqədə nəinki Bakı Musiqi Akademiyasının tələbələri, eləcə də keçmiş məzunlar iştirak edirlər. Müsabiqə çoxlusayda istedadlı gənc konsertmeysterləri üzə çıxarır. Müsabiqədə iştirak gənc pianoçuların bilik və qabiliyyətlərinin yoxlanılmasına kömək edir, həmçinin onların gələcək peşəkarlıqlarının kamilləşdirilməsini stimullaşdırır.
2010-cu il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına bolonya kredit sisteminin tətbiqi ilə əlaqədar “Konsertmeyster ustalığı” kafedrasının həyatında yeni keyfiyyətli mərhələ başlayır.
Bu dönəm kafedraya rəhbərlik E.A.Nəzirova sinfinin məzunu, professor L.H.Abasquliyevaya həvalə olunur.Yeni təhsil sisteminə keçidlə əlaqədar olaraq qısa müddət ərzində bütün tədris planlarına, tələbələrin attestasiya sisteminə yenidən baxılır, normativlərin ödənilməsi üçün sessiya arası dövrlərə yeni qiymətləndirmə meyarları əlavə olunur. Professor L.H.Abasquliyeva "Konsertmeyster sinfi" fənni üzrə əyani və qiyabi təhsil alan tələbələr üçün bolonya kredit sisteminin tələbləri çərçivəsində yeni tədris proqramları hazırlayır.
Məhz bu səbəblər üzündən yeni proqramlarda vokal və instrumental musiqi üzrə repertuar tələbləri genişləndirilir və əlavə olunur.
"Konsertmeyster ustalığı" kafedrasında mütləqliyini professor-məsləhətçi N.A.İbrahimovanın təsdiqlədiyi sessiyalar arası attestasiyanın aparılması peşəkar konsertmeyster kadrlarının tərbiyəsi naminə həyata keçirilir. Bundan əlavə, qeyd etmək lazımdır ki, onun tələblərini müəyyənləşdirən bolonya kredit sisteminin təqdim etdiyi bu qiymətləndirmə üsulu 100 ballıq qiymətləndirmə sisteminin istifadəsində yaxşı zəmin yaratmışdır.
Kollegialıq və bir birinə qarşı hörmət münasibəti məsələləri Nailə xanımın ənənələri çərçivəsində bugünədək kafedranın simasını müəyyənləşdirir. "Konsertmeyster ustalığı" kafedrasının dost və mehriban kollektivi tədris metodikasının təkmilləşdirilməsi üçün səylə çalışır.
Kafedranın müəllimləri konsertmeyster ifaçılığı sahəsində nəzəri və praktiki sualları analiz edən tədris və metodik vəsaitlər tərtib edir, açıq və qapalı konsertlər təşkil edirlər. Həmçinin pedaqoji repertuarın genişləndirilməsi və dərinləşdirilməsi, yeni əsərlərin təbliği sayəsində sistemli şəkildə iş aparılır. Və ilk növbədə Azərbaycan bəstəkarlarının əsərləri.
Bütün bu çoxistiqamətli iş nəticə etibarilə tədris-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi, tam peşəkar konsertmeysterlərin tərbiyəsi üçün gərəkli yaradıcı və təşkilatçı şərtlərin yaradılması üçün istiqamətləndirilmişdir.