Əsədova Səbinə Çingiz qızı
Müəllim, Əməkdar artist
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 1977.
Təhsil: S.Əsədova 1995-2001-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsində təhsil almışdır.
Pedaqoji fəaliyyəti: 2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
2001-ci ildən Şövkət Məmmədova adına Opera studiyasının solistidir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışdığı müddətdə Teatrın səhnəsində J.Bizenin "Karmen" operasında Mersedes, C.Verdinin "Trubadur", “Riqoletto”, “Traviata”, “Otello” və s.
2012-ci ildə Azərbaycan respublikasının əməkdar artist fəxri adına layiq görülüb.
2016 -ci ildən Üzəyir Hacıbəyli adına Bakı musiqi Akademiyasının xor dirijorluğu kafedrasında vokal müəllimi vəzifəsində çalışır.