• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Nəzərov İlham İslam oğlu

    Baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar artisti, Prezident təqaüdçüsü

    Doğum yeri və tarixi: Azərbaycan, Şirvan şəhəri. 05.10.1985.

     Təhsil: 2003-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini vokal ifaçılığı üzrə bitirmiş və  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmuşdur. 2010-cu ildə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirərək təhsilini İtaliyanın məşhur  Ozimo İncəsənət Akademiyasında (Accademia D'arte lirica Osimo) davam etdirmişdir. V. de Vivo,  R.Kabaivanskaya, U.Mateuzzi, A.Simoni kimi dünya şöhrətli vokal ifaçılarından dərs almışdır. Eyni zamanda Avropanın bir sıra ölkələrində təşkil edilən ustad dərslərində də iştirak etmişdir.

     08.06.2021-ci ildə “Müslüm Maqomayevin dünya və Azərbaycan vokal ifaçılığı sənətində rolu” adlı dissertasiya işini müdafiə etmiş, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

     Uğurları: Azərbaycan musiqi mədəniyyəti tarixinə ilk kontratenor səs tembrinə malik opera müğənnisi kimi daxil olmuşdur. Eyni zamanda bir neçə səs tembri ilə Azərbaycan və dünya opera səhnələrində ən çox obraz (49) yaradan və 5 oktava həcmində səs diapazonuna malik azərbaycanlı vokal ifaçısıdır. Dünyanın müxtəlif ölkələrində keçirilən opera tamaşaları, konsertlərin o cümlədən onlarla festivalın iştirakçısıdır. Həmçinin çox sayda nüfuzlu beynəlxalq vokal müsabiqələrinin qalibidir. Onlardan 2017-ci ildə Amerikada vokal müəllimləri arasında təşkil olunan  “İnternational Vocal Coach Competition” adlı beynəlxalq müsabiqədə birinci yerə layiq görülməsini, 2019-cu ildə Fransada keçirilən “Best F.Schubert İnterpreter” yarışmasında qalib olmasını və onlarla digərlərini vurğulamaq mümkündür.

     M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı və “ÜNS Yaradıcılıq Səhnəsi” nin solistidir. 2017-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülmüşdür.

    2020-ci ildə F.Şubertin “Qu quşunun nəğməsi” adlı vokal silsiləsindən ibarət “İnspiration” adlı ilk CD albomu işıq üzü görmüşdür. 2020-ci ildə həmçinin ifaçının həyat və yaradıcılığı haqqında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi işlər üzrə prorektoru, fəlsəfə elmləri doktoru, Əməkdar İncəsənət xadimi Gülnaz Abdullazadənin tərtib etdiyi “İlham Nəzərov: sərhədsiz səs...” adlı kitab nəşr olunmuşdur.

    Pedaqoji fəaliyyəti: 2008-ci ildən  pedaqoji fəaliyyətə başlamış, onlarla respublika və beynəlxalq müsabiqə lauretlarını  hazırlamışdır. Həmçinin bir sıra beynəlxalq müsabiqələrdə münsif heyəti kimi də iştirak etmişdir.

     2018-ci ildən Bakı Musiqi Akademiyasında müəllim vəzifəsində çalışır. 2020-ci ildən baş müəllim kimi pedaqoji fəaliyyətini davam etdirir.

    Elmi fəaliyyəti:  25-dən çox  elmi məqalə və iki dərs proqramının müəllifidir. Məqalələri “Konservatoriya”, “Mədəniyyət/Culture”, “Sənət akademiyası”,  “Mədəniyyət dünyası”, “Музыка и время”  və s. kimi Azərbaycan, Rusiya və Ukraynanın aparıcı elmi jurnallarında dərc olunur.

    İ.Nəzərovun müəllifi olduğu elmi işlər:

     1. Vokal.Uşaq Musiqi Məktəbləri üçün proqram.B.:2015, 29 s.

     2. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Elmi-Metodiki qrupunun iclasında müzakirə edilmiş və 5 may 2014-cü il tarixli 3 saylı protokoluna əsasən çapa tövsiyyə olunmuşdur.

     3. Estrada sənəti fənni üzrə proqram. Bakalavr pilləsində təhsil alan tələbələr üçün B.:2019, 36 s.

     4. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi Şurasının 30 yanvar 2019-cu il tarixli iclasının qərarı ilə (pr. №05) çapa tövsiyyə edilmişdir.

     

     İLHAM NƏZƏROVUN İŞTİRAK ETDİYİ KONFRANS VƏ MÜƏLLİFİ OLDUĞU MƏQALƏLƏR

    1. Dahi Bülbülün ilham pərisi // Mədəniyyət. – 2017, 23 avqust, № 63-64 (1452). – s. 10.

    2. Kontrtenor: Tanrının bəxş etdiyi qeyri-adi səs tembri // – Bakı: Mədəniyyət.az, – 2017. (Noyabr-Dekabr) (316), – s.73-75.

    3. O Azərbaycanın Bülbülüydü... Bülbül-120 // – Bakı: Qobustan: Sənət toplusu, – 2017. № 3, – s.44-47.

    4. Koroğlu operasında Bülbülün ifaçılıq üslubuna dair // – Bakı: Konservatoriya, – 2018. № 2 (40), – s.106-110..

    5. Müslüm Maqomayev yaradıcılığında mahnı janrının əhəmiyyəti // Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransının materialları, – Bakı: 22-23 noyabr, – 2018, – s. 507-509.

    6. Müslüm Maqomayevin mahnılarında Azərbaycan zirvəsi // – Bakı: Qobustan: Sənət toplusu, – 2019. № 3, – s. 40-42.

    7. M.Maqomayevin yaradıcılığında Ü.Hacıbəyli və Q.Qarayev musiqisi // Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri adlı XVIII Beynəlxalq elmi-praktiki konfransın materialları, – Bakı: – 12-13 may, – 2019, – s. 62-65.

    8. Müğənni Müslüm Maqomayevin bir bəstəkar kimi estrada musiqisində rolu // Müasir Azərbaycan bəstəkarı və zaman. Doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransının materialları, – Bakı: – 11-13 aprel, – 2019, – s. 142-147.

    9. Созданный М.Магомаевым образ Фигаро из оперы Дж.Россини «Севильский цирюльник» в истории Азербайджанского государственного академического театра оперы и балета им. М.Ф. Ахундова // Международная конференция «Искусство глазами молодых», – Красноярск: – 28-29 март, – 2019, – с. 15-17.

    10. Müslüm Maqomayevin aktyorluq fəaliyyəti və rol üzərində yaradıcılıq prosesinin strukturu // – Bakı: Mədəniyyət dünyası, – 2019. XXXVII, – s. 88-94.

    11. Müslüm Maqomayevin ifasında Fiqaronun kavatinasının vokal və akustik təhlili // – Bakı: Konservatoriya, – 2019. № 2 (44), – s. 30-37..

    12. Azərbaycan klassik və estrada vokal ifaçılığının inkişafına qısa nəzər // Bakı: Mədəniyyət.az, – 2019. iyul-avqust (326), – s. 52-55.

    13. Müslüm Maqomayev adına Vokalçıların Beynəlxalq müsabiqəsinin gənc ifaçıların yaradıcılığına təsiri // – Bakı: Musiqi elmi, mədəniyyəti və təhsilin aktual problemləri, – 2019. № 2 (7), – s. 60-71.

    14. Особенности интерпретации романсов У. Гаджибейли в исполнении Муслима Магомаева // – Москва: Музыка и время, – 2020. (2), – с. 23-29.

    15. Müslüm Maqomayevin səhnə fəaliyyətində canlandırdığı obrazlara qısa baxış // – Naxçıvan: Axtarışlar, – 2020. № 1 (35), – s. 169-174.

    16. Müslüm Maqomayevin vokal ifaçılıq üslubunun səciyyəvi elementləri // – Bakı: Konservatoriya, – 2020. 1-2 (47), – s. 107-115.

    17. Interpretation Peculiarities of Opera Arias of Azerbaijani and Western European Composers Performed by Muslim Magomayev // – Kyiv: Bulletin of Kyiv National University of Culture and Arts. Musical Art Series, – 2020.4, № 2, – p. 204-217. https://doi.org/10.31866/2616-7581.3.2.2020.219170

    18. Azərbaycan klassik ve estrada vokal ifaçılığının inkişafına qısa nəzər // “Mədəniyyət.az” (İyul-Avqust) (326), Bakı, – 2019, – s. 52-55.

    19. Müslüm Maqomayevin vokal ifaçılıq üslubunun səciyyəvi elementləri // – Bakı: Konservatoriya, – 2020. № 1-2 (47),– s. 107-115.

    20. Müslüm Maqomayevin kamera-vokal yaradıcılığı: S.Raxmaninov romansları konteksində // – Bakı: Gənc tədqiqatçı, – 2020. VI cild, № 2, – s. 123-129.

    21. Müslüm Maqomayevin həyat və yaradıcılığına mərhələli nəzər // – Bakı: Sənət akademiyası, – 2020. № 2 (13), – s. 7-14.

    22. Müslüm Maqomayevin estrada ifaçılıq üslubunun xüsusiyyətlərinə dair // – Bakı: Qərbi Kaspi Universitetinin Elmi xəbərləri, Humanitar Elmlər Seriyası, – 2020. № 4, – s. 152-161.

    23. The role of patriotic songs in the works of Muslim Magomayev // – Bakı: İncəsənət və mədəniyyət problemləri, – 2021. № 1 (75), – s. 77-85.

    24. SSRİ Xalq artisti Lütfiyar İmanovun ifasında Koroğlu partiyasının bəzi təfsir xüsusiyyətləri // VIII Uluslararası Muzik ve Dans Kongresi, – Bakı: 1-3 oktyabr, – 2021, – s. 275-279.

    25. Müğənni rəssam Əli Haqverdiyevin yaradıcılığına bir nəzər // – Bakı: Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universiteti elmi əsərlər, – 2021. № 30, – s. 78-83.

    26. Müslüm Maqomayev və Əli Haqverdiyevin təfsirində Aslan şahın ariyasının müqayisəli təhlili // – Naxçıvan: Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Elmi əsərləri, – 2021. № 3, – s. 263-267.

    27. Qara Qarayevin “Bakı haqqında mahnı” əsərinin vokal ifaçılıq təhlili // Bəstəkar və zaman. Respublika elmi konfransının materialları və elmi məqalələr toplusu, – Bakı: – 20-21 aprel, – 2021, – s. 99-105.