• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Safina Zeynəb Dayanşayevna

    Dosent

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri. 04.02.1953

    Təhsil: Z.Safina 1973-1978-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında “Solo oxuma” fakultəsində təhsil alıb.V.Lunaçarski adına Ümumi İttifaq Teatr sənəti İnstitutuna 1985-ci ildə daxil olub və 1989-cu ildə bitirib.  Musiqi Teatrının quruluşçu rejissoru kimi.

    Pedaqoji fəaliyyəti: 1979-cu ildə xor artisti kimi fəaliyyət göstərib.

    1983-2001-ci ildən Opera studiyasının rejisorudur.

    2001-ci ildən müsabiqə yolu ilə baş müəllimdir. 2001-ci ildən – dosentidir. Hal-hazırda opera studiyasında çalışır.

    Elmi fəaliyyəti: 17.01.2016 il BMA-nın Böyük zalında C.Verdinin əsərlərindən ibarət konsert proqramı nümayiş olunmuşdur.

    Konsertdə opera studiyasının orkestr xoru, solistləri və kafedranın tələbələri iştirak etmişlər.