• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Mirzəyeva-Əhmədova Svetlana Ədalət qızı

    Dosent

    Doğum yeri və tarixi:  Kazaxstan, Şimali səhərində 25.07.1943

    Təhsil: A.Zeynallı adına musiqi Texnikumunun solo oxuma fakultəsinin daxil olmuşam.

    1965-1969-cu ildən qədər Azərbaycan Dövlət Konservatoriyasında professor Kamal Kərimovun sinifində təhsil olub.

    Konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Opera və Balet Teatrına solist kimi təyinat almışam və daha sonra maestro Niyazinin dəvəti ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filormoniyasına solist vəzifəsinə qəbul edilmişdir.

    Pedaqoji fəaliyyəti: 1981-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına “Solo oxuma” kafedrasına saathesabı müəllim kimi dəvət olunmuşdur. 1993-cü ildən “Solo oxuma” kafedrasının əsas müəllimidir. 1994-cü ildən baş müəllimir. 2000-ci ildən kafedranın dosentidir.

    Elmi fəaliyyəti: 1969-cu ildə ifaçıların III Zaqafqaziya müsabiqəsində I dərəcəli diplomla mükafatlandırılaraq laureat adına layiq görülmüşdür.

    1971-2000-ci ildən  “Opera və Balet Teatrı”nda aparıcı solisit olmuşdur.

    Konsertdə “Solo oxuma” kafedrasının dosenti Svetlana Mirzəyeva-Əhmədovanın sinifinin tələbələri iştirak ediblər.