Məmmədova Rima Şahbaba qızı
Dosent, Əməkdar incəsənət xadimi
Doğum yeri və tarixi: Rusiya, Saratov şəhəri. 29.06.1942
Təhsil: Eləcədə Bakı Xoreoqrafiya məktəbində təhsil alıb.
1962-ci ildə Azərbaycan Dövlət İncəsənət inistutuna da rejissorluq təhsili alıb.
1967-ci ildə isə təhsilini bitirib. 1972-1974-cü ildən Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiyasının İnistutunun aspirantura şöbəsinə daxil olmuş.
Pedaqoji fəaliyyəti: 1960-1967-ci ilə kimi Azərbaycan Opera və Balet Teatrının balet artisti kimi fəaliyyət göstərib.
1967-1987-ci illərdə İncəsənət İnustutunda müəllim kimi çalışıb.
1978-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin direktoru vəzifəsinə daxil olmuşdur.
1996-cı ildən isə xoreoqrafiya müəllim kimi fəaliyyət göstərir.
2000-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Səhnə hərəkətlərinin əsasları” və “Rəqs” fənni üzrə dərs deyir.
2007-ci ildən Azərbaycanın Əməkdar İncəsənət Xadimidir. 2012-ci ildə dosent adını alıb.
Elmi fəaliyyəti: “Səhnə hərəkətinin əsasları”-2010-cu il və “Rəqs” sənəti haqqında proqram-2005 ci il, metodiki tövsiyyələr yazmışdır.