• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Məmmədova Şəfiqə Haşım qızı

    Professor, Xalq Artisti

    Doğum yeri və tarixi: Rusiya. Dərbənd şəhəri, 30.03.1945

    Təhsil: 1963-1967-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnistitunun Musiqili teatr aktyoru fakultəsinə qəbul olub.

    Pedaqoji fəaliyyəti: 1967–ci ildən M.Əzizbəyov adına Akademik Dövlət Dram Teatrında aktrisa kimi çalışmağa başlayıb.

    1968–ci ildən teatr xadimləri ittifaqının üzvi seçilib.

    1982–ci ildə Azərbaycan Dövlət İncəsənət Inistitunda Aktyor Sənəti kafedrasında pedaqoji fəaliyyətə başlayıq.

    1985–ci ildə həmin fakultənin kafedra müdiri təyin olunub. BMA–da“Aktyorluq sənətinin əsasları və nitq mədəniyyəti”, eləcə də, “Opera hazırlığı” fənni üzrə dərs deyir. 2001–ci ildən bu günə qədər Bakı Musiqi Akademiyasının “solo oxuma və opera hazırlığı” kafedrasının professorudur. Prezident təqaüdçüsüdür.  25 iyun 2013– ildə “Şərəf” ordeni ilə təltif olunub.

    Elmi fəaliyyəti: 1969–cu ildə SSRİ Kinematoqrafçılar İttifaqının katibi seçilib. Daha sonra Azərbaycan İttifaqının Katibi olmuşdur.

    22 aprel 1980–ci ildə Azərbaycan SSRİ Dövlət mükafatı laureatı, 1981–ci il SSRİ Dövlət Mükafatı laureatı, 1982–ci il Azərbaycan Xalq Artisti adına layiq görülüb.

    1991–ci ildə professor adına layiq görülür. 1995–ci ilin mart ayından “Humay”milli mükafatına layiq görülüb.

    1995–2000–ci illərdə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatı seçilib. 1995–2000–ci illərdə MDB Parlamentlərarası Assambleyasının mədəniyyət,elm və təhsil üzrə komissiyadının sədr müavini seçilib.   2000–ci il “Şöhrət” ordeni ilə təltif olunub.

    2004–cü il Teatr Xadimi Medalı ilə təltif olunub. 2006–cı il “Qızıl Çıraq” milli kino mükafatı ilə təltif olunub.

    2012–ci ildə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına Sədr vəzifəsinə seçilib. Bir neçə dəfə Azərbaycan Respublikası Ali Soveti tərəfindən Fəxri fərmanlarla təltif olunub.