Məmmədova Sevda Bünyatulla qızı
Dosent
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri. 03.08.1951
Təhsil: 1971–ci ildə Azərbaycan Dövlət Konservatoriyasının “Solo oxuma” fakultəsinin hazırlıq şöbəsinə daxil olmuşdur. 1972–ci ildən Konservatoriyada təhsil alıb–professor Kamal Kərimovun sinfində və 1977–ci ildə təhsilini bitirmişdir.
Pedaqoji fəaliyyəti: Konservatoriyanı bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Texnikumuna göndərildi, indiyə kimi “Solo oxuma” şöbəsində işləyir.
1980–ci ildən, 1991–ci ilədək Azərbaycan Dövlət Pedaqoji İnistutuanda vokal müəllimi, 1991–ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma” fakultəsində saat hesabı işləyib. 2001–ci ilin “Solo oxuma” fakultəsinin professor-müəllim heyyətinin tərkibinə daxil olub.
2007–ci ildən kafedranın dosenti vəzifəsini icra edir.
Elmi fəaliyyəti: Bir sıra metodik tövsiyyələri var. Onların bir çoxu 2008-ci ildə dərc olunub.