İsmayılova Gülnaz Əmir qızı
Professor, Xalq artisti
Doğum yeri və tarixi: Azərbaycan,Bakı şəhəri.18.10.1960
Təhsil: Bül-Bül adına orta ixtisas musiqi məktəbini fərqlənmə diplomu ilə biritmişdir. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (1984 il, professor N.Sultanovun sinfi, f-no), (1997 il,professor X.Qasımova, solo oxuma) kafedralarını biritmişdir.
Pedaqoji fəaliyyəti: 2001-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın solistidir.
1985-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllim vəzifəsində çalışır. 2000-ci ildən baş müəllimdir. 2007-ci ildən dosentidir. 2012-ci ildən Bakı Musiqi Akademiyasının professorudur.
Hal-hazırda BMA-da “Solo oxuma” və “fortepiano”-dan dərs deyir. Pedaqoji fəaliyyəti çox genişdir.
2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar artistidir.
Elmi fəaliyyəti: 2003-cü ildən “Türksoy”, 2009-cu ildən Qəbələ Beynəlxalq musiqi festivallarının daimi iştrakçısı olmuşdur. Bir sıra elmi məqalə və dərs vəsaitlərin müəllifidir.