• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Seyidzadə-Şeyxova Natavan Şüa qızı

    Professor, xalq artisti

    Doğum yeri və tarixi: Azərbaycan,Bakı şəhəri.18.03.1945

    Təhsil: 1963-1969-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında “Solo oxuma”kafedrasında təhsil alıb.

    Pedaqoji fəaliyyəti: 1994-cü ildən “Solo oxuma” kafedrasının dosentidir. Həmin ildəndə BMA-da vokal kafedrasında çalışır.

    1998-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.

    2006-cı ildən Azərbaycan Respublikasının Xalq Artistidir. 2015-ci ildən prezident təqaüdçüsüdür.

    Elmi fəaliyyəti: 1977-ci ildən Beynəlxalq müsabiqələr laureatıdır.  Jurnallardakı müsahibələri: “Musiqi dünyası”, “Vokal sənətinin uca zirvələrində”- 2005-ci il.

    Metodik tövsiyyələr: “Дыхание-один из важнейших факторов в пении”, "Опора и атака звука и особенности работы c голосами"- 2008 il, "Методика преподаваниz вокала на начальном этапе" -2008-cı il,  "Azərbaycan bəstəkarlarının romans və mahnıları" - 2016-cı il.

    2013-cü ildə Kiyevdə keçirilən “Böyük səhnə” müsabiqəsinin jüri heyyətində olub. 2016-cı ildə isə Dağıstanda təşkil olunmuş “Эта песня твоя и моя” müsabiqəsində münsif heyyətində yer alıb. 10.03.2015 il Rusiyanın mədəni-informasiya mərkəzində Natavan Seyidzadənin yaradıcılıq axşamı keçirilmişdir.