Ağayeva Rəna Knyaz qızı
Baş müəllim
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri. 02.05.1953
Təhsil: 1960-1970-cı ildən Bülbül adına xüsusi musiqi məktəbinin fortepiano sinifinə daxil olub. Azərbaycan Dövlət Konservatoriyasına professor Elmira Səfərovanın sinifinə daxil olub.
Pedaqoji fəaliyyəti: M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutuna vokal kafedrasında professor Rəhilə Cabbarovanın sinifində konsertmeyster kimi çalışıb.
1981-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına professor Elmira Quliyevanın sinifində vokal kafedrasında konsertmeyster kimi çalışıb. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
2014-cü ildən etibarən BMA-nın vokal kafedrasının müəllimi və xalq artisti Fidan Qasımovanın sinifində konsertmeyster vəzifəsində çalışır. 2014-cü il Bakı Musiqi Akademiyasının “Kamera oxuma”sı fənni üzrə dərs deyir.
Elmi fəaliyyəti: 1985-ci ildə Bakıda VII Zaqafqaziya musiqi müsabiqəsində “Müsabiqənin ən yaxşı konsertmeysteri”diplom və mükafatına layiq görülüb.
1987-ci ildə M.İ.Qlinka adına vokalçıların beynəlxalq müsabiqəsində iştirak etmişdir.Vokal müsabiqələrinin “ən layiqli konsertmeysteri”kimi diplomlarla təltif olunub.
1997-ci ildə Bakıda təşkil olunmuş Bülbül adına vokalçıların I Beynəlxalq müsabiqəsində diplom və mükafatlara“yaxşı konsertmeyster” adına layiq görülmüşdür, eləcədə Bülbül adına vokalçıların IVBeynəlxalq müsabiqəsində də mükafatlara layiq görülmüşdür (2007 il).