Cəfərova Jalə Canpolad qızı
Dosent
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri. 09.12.1957
Təhsil: 1979-cu ildə A.Zeynallı adına musiqi texnikumunu fortepiano ixtisası üzrə bitirib. 1984-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında “Solo oxuma” üzrə professor Elmira Quliyevanın sinifində təhsil alıb. 1984-1987-ci illərdə Konservatoriyanın assistent-stajorluq təhsilini davam etdib.
Pedaqoji fəaliyyəti: 1984-cü ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Solo oxuma” kafedrasında müəllim kimi çalışır.
Elmi fəaliyyəti: “Xüsusi nəfəs çalışmalarının vokal ifaçılığında önəmi”, “Vokal ifaçısında emosional halın vacibliyi”, “Səs ifaçılığında tələffüsün vacibliyi”, metodik tövsiyyələr yazmışdır. Kütləvi mətbuat səhifələrində çap olunan məqalələri var.