• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Qasımova Xuraman Əkrəm qızı

    Kafedra müdiri, professor, Xalq artisti

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri. 06.06.1951

    Təhsil: 1970-ci ildə 23 saylı məktəbi bitirərək,Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1970-1975-ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.

    Pedaqoji fəaliyyəti: 1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solisti olub.  1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir.  1994-cü ildən İstanbul Dövlət Universiteti Konservatoriyasının professorudur. Onun bir çox tələbələri beynəlxalq müsabiqələrdə iştiraklar etmiş,diplom və laureatlara layiq görülmüşlər.  1994-cü ildən “Solo oxuma” kafedrasının müdiri, 1996-cı ildən isə professordur. Azərbaycanın opera müğənnisi, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, Şöhrət və Şərəf ordeni laureatlarına layiq görülüb.

    Elmi fəaliyyəti: 1977-ci ildə gənc ifaçıların Zaqafqaziya və Ümumittifaq müsabiqəsinin qalibi olmuş(I yer). 1981-ci ildə Yunanıstanda keçirilən “Maria Kallas” adına beynəlxalq müsabiqəsinin qalibi olaraq I dərəcəli diploma və müsabiqənin ən yüksək mükafatına"Qran pri" -qızıl medalına layiq görülərək, laureat adını qazanmışdır.

    1982-ci ildə P.İ.Çaykovski adına 8-ci Beynəlxalq müsabiqənin laureatı olaraq ikinci yerə layiq görülüb və gümüş medal qazanıb. Operada bir çox obrazları mükəmməl ifa etmiş, yaratmışdır. Bir çox kinofilmlərdə çəkilmişdir("Mən ki gözəl deyildim", "Həyat bizi sınayır"və.s).

    12.01.2016-cı ildə Avstriyanın paytaxtı Vyana şəhərində bəstəkar Tofiq Quliyevin yaradıcılığı ilə bağlı keçirilən bədii axşamda əsərlərini ifa etmişlər.

    “Solo oxuma” ixtisasi üzrə proqram(2001 və 2016) hazırlamışdır.