Ağayeva İlhamə Arif qızı
Baş müəllim, Əməkdar müəllim
Doğum yeri və tarixi: Azərbaycan, Bakı. 16.01.1969
Təhsil: 1984-88-ci illərdə A.Zeynallı adına Bakı Musiqi Texnikumu, 1988-93-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası. 1996-98-ci illərdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında assistent - stajlıq şöbəsində təhsil almışdır.
Pedaqoji fəaliyyəti: 1993-cü ildə R.Behbudov adına 2 saylı uşaq musiqi məktəbində, L. və M. Rostropoviçlər adına 21 saylı uşaq musiqi məktəbində, Bülbül adına Orta ixtisas musiqi məktəbində uzun illər çalışmışdır.
2011-ci ildən Bakı Musiqi Akademiyasında “İfaçılıq” fakültəsində müəllim kimi fəaliyyət göstərir. 2016-cı ilin aprel ayında Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinə direktor vəzifəsinə təyin olunmuşdur.
Pedaqoji fəaliyyəti ərzində İ.Ağayevanın sinfini Respublika və beynəlxalq müsabiqələr laureatları, 5 Prezident təqaüdçüsü bitirmişdir.
Elmi fəaliyyəti: Violino ixtisasına aid metodik vəsaitlərin müəllifidir.