Quliyeva Gülnarə Adil qızı
Dosent
Doğum yeri və tarixi: Azərbaycan, Bakı. 18.11.1958.
Təhsil: 1979-84-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.
Pedaqoji fəaliyyəti: 1984-2013-cü illərdə Bakı şəhəri 7 saylı uşaq musiqi məktəbinidə müəllim, 2000-ci ildən BMA-nın nəzdində olan məktəb studiyasının “Simli alətlər” şöbəsinin müdiri və BMA-nın “Simli alətlər” kafedrasının müəllimi vəzifəsində çalışır. Hal-hazırda kafedrada dosent vəzifəsini tutur.
Elmi fəaliyyəti: “Musiqi əsərinin üzərində violinoçu şagirdin işi”, “Azərbaycan bəstəkarlarının violin və fortepiano üçün kiçik həcimli seçilmiş əsərləri” - metodik vəsaitlərinin, “Violin ansamblı üzrə seçilmiş pedaqoji repertuar” adlı dərs vəsaitinin müəllifidir.