• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Taptıqova Yeganə Vagif qızı

    Dosent

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı. 05.06.1977

    Təhsil: 1995-1999-cu illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası bakalavr, 1999-2001-ci illər magistratura pilləsini bitirib.

    Pedaqoji fəaliyyəti: 2001-2004-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında laborant, 2004-cü ildən “Simli alətlər” kafedrasında müəllim, hal-hazırda dosent vəzifəsində çalışır.

    2004-cü ildən indiyə kimi Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik orkestrində artist.

    Elmi fəaliyyəti: 2012-ci ildə “Aida Abdullayeva” adlı monoqrafiyanı çap edib. 2016-cı ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Azərbaycan arfa ifaçılıq sənətinin yaranma və inkişafinda Aida Abdullayevanın rolu” mövzusunda dissertasiyasını müdafiə etmişdir.

    Bir sıra elmi-metodik və dərs vəsaitlərinin, tədris proqramları və elmi məqalələrin müəllifidir. Respublika və beynəlxalq konfransların fəal iştirakçısıdır.