İmanov Vaxtanq Yaşar oğlu
Baş müəllim, Əməkdar artist
Doğum yeri və tarixi: Gürcüstan, Suxumi şəhəri. 1970-ci il
Təhsil: 1984-88-ci illərdə Suxumi musiqi texnikumu, 1989-93-ci illərdə Abxaziya Dövlət Universiteti, 1993-1997-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası.
Pedaqoji fəaliyyəti: 1994-97-ci illərdə Q.Qarayev adına Dövlət Kamera Orkestrinin artisti, 1997-99-cu illərdə Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin artisti, 1999-cu ildən Dövlət Simli Kvartetinin üzvüdür. 2008-2011-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, 2011-ci ildən hal-hazıra kimi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Simli alətlər” kafedrasının baş müəllimidir. 2013-cü ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Elmi fəaliyyəti: Bir sıra metodik və dərs vəsaitlərin müəllifidir.