Babayev Əlimuxtar
Baş müəllim
Doğum yeri və tarixi: Azərbaycan, Bakı. 21.01.1948
Təhsil: 1968-73-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında, 1981-83-cü illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında assistent-stajlıq şöbəsində təhsil almışdır.
Pedaqoji fəaliyyəti: 1973-90-cı illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim, 1990-2012-ci illərdə Suriyanın Dəməşq Konservatoriyasında çalışmışdır. 2012-ci ildən hal-hazıra kimi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Simli alətlər” kafedrasında baş müəllim vəzifəsində işləyir.
Elmi fəaliyyəti: 1990-2012- ci illərdə Suriyanın Dəməşq şəhərinin simfonik orkestrində konsertmeyster kimi işləyib. 1993-1994-cü illərdə Suriyanın Aleppo şəhərində “Kamera orkestri”nin yaradıcısı və bədii rəhbəri olub. Dəfələrlə solo konsertlərlə müxtəlif ölkələrdə çıxış edib.