Axundov Bəxtiyar Ağayar oğlu
Baş müəllim, Əməkdar artist
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 20.03.1964.
Təhsil: 1971-82-ci Bülbül adına orta ixtisas musiqi məktəbi, 1982-89-cu Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası, 1996-98-ci illərdə Ü.Hacıbəyli Bakı Musiqi Akademiyasının assistent-stajlıq şöbəsini bitirib.
Pedaqoji fəaliyyəti: 1993-98-ci illərdə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin, 1998-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orksetrinin artisti, hal-hazırda orkestrin viola qrupunun konsertmeysteri vəzifəsində çalışır. 1998-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Simli alətlər” kafedrasında viola ixtisası üzrə müəllim vəzifəsində işləyir. 2010-cu ildə Respublikanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Elmi fəaliyyəti: İfaçılıq fəaliyyəti ilə yanaşı viola aləti üçün bir sıra metodik və dərs vəsaitlərin müəllifidir.