• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İbrahimova Şəhla İbrahim qızı

    Kafedra müdiri, professor, Xalq artisti

    Doğum yeri və tarixi: Azərbaycan Bakı, 02.11.1961-ci il

    Təhsil: 1969-1980-ci illər Bülbül adına orta ixtisas musiqi məktəbi, 1980-85-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, 1995-1997-ci illərdə Bakı Musiqi Akademiyasının aspirantura şöbəsində təhsil almışdır.

    Pedaqoji fəaliyyəti: 1983-cü ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Filarmoniyasının simfonik orkestrində çalışır, 1997-ci ildən isə bu orkestrin baş konsertmeysteridir. 1997-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasınnın “Kamera ansamblı” və “Simli alətlər” kafedrasında çalışır. Hal-hazırda “Simli alətlər” kafedrasının müdiri və professoru vəzifəsində işləyir. 2005-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülmüşdür.

    Elmi fəaliyyəti: Ş.İbrahimova Bakı Musiqi Akademiyasının Elmi-Şurasının üzvüdür. Ş.İbrahimova “Orkestr repertuarı” adlı proqramın , “Skripka üçün orkestr çətinlikləri” adlı dərs vəsaitinin, bir sıra elmi metodik vəsaitlərin müəllifidir.