Əliyeva Hökümə Natiq qızı
Professor, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: Azərbaycan, Bakı. 1972-ci il.
Təhsil: 1978-89-cu Bülbül adına orta ixtisas musiqi məktəbi, 1989-1994-cü Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Simli alətlər” kafedrasında assistent-stajlıq şöbəsində təhsil alıb.
Pedaqoji fəaliyyəti: 2004-cü ildə Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2012 –ci ildə professor elmi adını almışdır. 2016-cı ildə Əməkdar müəllim adına layiq görülmüşdür. İki tələbəsi Prezident stipendiantı, bir sıra tələbələri Respublika və beynəlxalq müsabiqələr laureatlarıdır. 1994-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətə başlayıb. 2001-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında çalışır. Hal-hazırda professor vəzifəsini tutur.
Elmi fəaliyyəti: H.Əliyeva 6 monoqrafiya, 4 metodik vəsait, 50–dən çox məqalə, tezislərin müəllifidir. Hal-hazırda doktorantlara rəhbərlik edir.