• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

Əhədzadə Məleykə Böyükağa qızı

Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Doğum yeri və tarixi: Azərbaycan, Bakı. 05.09.1965

Təhsil: 1980-84-cü A.Zeynallı adına Bakı Musiqi Texnikumu, 1984-1989-cu Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, 2005-2008-ci illərdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasında “Xor dirijorluq” kafedrasında ikinci təhsil almışdır. 1989-1991-ci illərdə skripka ixtisası üzrə assistent-təcrübəçi kimi təhsil alıb.

Pedaqoji fəaliyyəti: 1997-ci ildən “Simli alətlər” kafedrasında çalışıb, hal-hazırda kafedrada dosent vəzifəsində işləyir. 2012-ci ildə Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Onun tələbələri respublika və beynəlxalq müsabiqələr laureatıdır. Simli alətlər kafedrasının professoru, əməkdar müəllim. (2021)

Elmi fəaliyyəti: M.Əhədzadə ifaçılıq fəaliyyəti ilə yanaşı bir sıra metodik vəsait və dərsliklərin müəllifidir. 2015-16-cı illərdə Rusiya, Polşa, Çexiyada keçirilən beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olmuş və Diplomlarla təltif olunmuşdur.