Babayeva Töhfə Ağəli qızı
Professor, Əməkdar artist
Doğum yeri və tarixi: Azərbaycan, Bakı. 15.11.1965
Təhsil: 1973-1984 Bülbül adına orta ixtisas musiqi məktəbi, 1984-1989 Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası, 1991-93-cü illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Kamera ansamblı” kafedrasında assistent-stajlıq keçmişdir.
Pedaqoji fəaliyyəti: 1991-ci ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Orkestrinin solisti vəzifəsində, 1994-cü ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Kamera ansamblı” kafedrasında çalışır. Hal hazırda “Kamera ansamblı” və “Simli alətlər” kafedralarında professor vəzifəsini tutur. 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülmüşdür.
Elmi fəaliyyəti: T.Babayeva Azərbaycan Dövlət Triosunun üzvü kimi geniş konsert fəaliyyəti ilə məşğuldur. T.Babayeva kamera musiqisinə aid bir sıra metodik və dərs vəsaitlərinin müəllifidir. Azərbaycan bəstəkaralarının əsərlərinin ilk ifaçısı kimi çıxış edir.