İdyatulina Fatimə Fatkul qızı
Professor, Əməkdar müəllim
Doğum yeri və tarixi: Rusiya, Yekaterenburq şəh., 22.09.1949
Təhsil: Yekaterenburq şəhəri P.İ.Çaykovski adına Musiqi Texnikumu, 2069-74-cü illər Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
Pedaqoji fəaliyyəti: 1972-82-ci illər Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin artisti, 1975-ci ildən hal-hazıra qədər Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim vəzifəsində, 1994-cü ildən Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının “Simli alətlər” kafedrasında çalışır. 2014-cü ildə professor elmi adını almışdır. Onun 7 tələbəsi Prezident təqaüdçüsü, çoxsaylı tələbələri beynəlxalq və Respublika müsabiqələr laureatıdır. Onun yetirmələri xarici ölkələrdə uğurla fəaliyyət göstərirlər.
Elmi fəaliyyəti: Violino ixtisasına aid bir sıra metodik və dərs vəsaitlərinin müəllifidir. “Четвертый концерт для скрипки А.Вьетана”, “Пятый концерт для скрипки А.Вьетана” və s.