• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Quliyeva Zəhra Teymur qızı

    Professor, Xalq artisti

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri. 23.09. 1951-ci il

    Təhsil: 1959-70 Bülbül adına orta ixtisas musiqi məktəbi, 1970-75 Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, 1976-78-ci illərdə N.A.Rimski-Korsakov adına Leninqrad Konservatoriyasının aspiranturasını bitirib.

    Pedaqoji fəaliyyəti: 1978-1993 Azərbaycan Dövlət Konservatoriyası “Simli alətlər” kafedrası müəllim vəzifəsində, 1993-98 Türkiyə Bilkənt Universitetində, 1998-2001-ci illərdə Makao Qubernatorluğunun kamera orkestrinin konsertmeysteri vəzifəsində çalışıb. 2001-ci ildən hal-hazıradək Z.Quliyeva Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında  professor vəzifəsində çalışır. 1993-cü ildə Respublikanın Əməkdar artisti, 2008-ci ildə Xalq artisti fəxri adına, 2016-cı ildə Prezident təqaüdünə layiq görülüb. Z.Quliyevanın 5 tələbəsi prezident təqaüdçüsü, çoxsaylı tələbələri respublika və beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüşdür.

    Elmi fəaliyyəti: Z.Quliyeva dəfələrlə Azərbaycan, Türkiyə, Almaniya, Portuqaliya, İtaliya, Bolqarıstan, Amerika və Avropanın bir sıra şəhərlərində konsert proqramları ilə uğurla çıxış edib. Ilk dəfə Azərbaycan dilində yazılan “Skripka sənəti tarixi” dərsliyinin, violino ifaçılığına dair metodik vəsait və dərsliklərin müəllifidir.