Kuznetsov Vladislav Aleksandroviç
Dosent, Əməkdar artist
Kuznetsov Vladislav Aleksandroviç 1972-ci ildə Bakıda anadan olmuşdur.
1990-cı ildə Ü.Hacıbəyli adına Azərbayjan Dövlət Konservatoriyasına trombon sinfi üzrə daxil olmuşdur.
1988-1999-cu ilə qədər Dövlət Nəfəs orkestrinin artisti işləmişdir.
1989-1996-cı illərdə Azərbayjan Dövlət Opera və Balet teatrının simfonik orkestrində çalışmışdır.
1992-ci ildə keçirilən görkəmli bəstəkar F.Əmirov adına müsabiqənin lauretı olmuşdur (I yer), 1994-cü ildə də eyni adlı müsabiqədə laureat adını qazanmışdır (II yer).
1995-ci ildə BMA-ın bakalavr pilləsini bitirmişdir.
1996-cı ildən o, «Nəfəs və zərb alətləri» kafedrasında və 21 saylı uşaq musiqi məktəbində müəllim kimi çalışmağa başlamışdır. 2001-ci ildən «Nəfəs və zərb alətləri» kafedrasının baş müəllimi, daha sonralar dosent vəzifəsinə keçmişdir.