• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


     Cahangirov Arif Qudrət oğlu

    Baş müəllim, Əməkdar Artisti

    Cahangirov Arif Qudrət oğlu 1947-ci ildə Moskva şəhərində anadan olub.

    1963-cü ildə Moskva Dövlət Musiqi texnikomunun klarnet sinfinə daxil olub. 1967-ci ildə texnikomu bitirib və Bakı Musiqi Akademiyasında təhsilini davam etdirib.Arif Jahangirov 1970-1972-ci illərdə Rusiyanın Dövlət nəfəs alətləri orkestrində artist-saksofonçu işləmiş, keçmiş SSRİ və xarici ölkələrdə 200-dən artıq konsert vermişdir.

    2007-ci ildə baş müəllim vəzifəsinə keçirilmişdir.

    2006-cı ildə Bakı Caz Mərkəzinin nəzdində «Gənc saksofonçular ansamblı» yaratmışdır və bu ansamblın bədii rəhbəridir.

    2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.