İmanov Yaşar Əbdülxaliq oğlu
Professor, Xalq artisti
İmanov Yaşar Əbdülxaliq oğlu 1933-cü il Bakı şəhərində anadan olub.
Azərbaycan Respublikasının xalq artisti, Gürcüstan Respublikasının Əməkdar İncəsənət xadimidir.
1954-cü ildə A.Zeynallı adına musiqi texnikomunun truba sinfini bitirib. Elə həmin ildə Moskva Konservatoriyasının dirijorluq kafedrasına daxil olub, 1958-ci ildə bitirib.
1958-ci ildə Gürcüstana, oradanda Suximi şəhərinə göndərilib. Dövlət Simfonik Orkestrində bədii rəhbər və baş dirijor vəzifəsind, eyni vaxtda Suxumi Musiqi Texnikomunda xor dirijorluq şəbəsinin müdiri vəzifəsində işləyib. Bakıya qayıtdıqdan sonra 1993-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında Opera hazırlığı kafedrasının dirijor vəzifəsində işləyib. Həmin ildən Niyazi adına simfonik orkestrinin radio-TV, bədii rəhbəri və baş dirijoru vəzifəsində işləyib.
1994-cü ildə Q.Qarayev adına Dövlət Kamera orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində işləyib.
Y.İmanov Azərbaycan, Gürcüstan və Abxaziya bəstəkarlar İttifaqının üzvüdür. Azərbaycan Respublikasının Prezident təqaüdçüsüdür.